AZAL Bakıdan Dubaya uçuşları bərpa edir

"Azərbaycan Hava Yolları" QSC (AZAL) Bakıdan Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay şəhərinə uçuşlara yenidən başlayır.Bu barədə AZAL-dan məlumat verilib.
Bildirilib ki, Dubay istiqaməti üzrə reyslərə 15 maydan etibarən start verilir. Uçuşlar hər gün həyata keçiriləcək.
Biletləri AZAL-ın saytından və ya mobil tətbiqindən indi əldə etmək mümkündür.
Fevralın 28-də Yaxın Şərqdə baş verən son hadisələr və hava məkanında tətbiq olunan məhdudiyyətlər səbəbindən AZAL Dubay istiqaməti üzrə uçuşları dayandırmışdı.
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Son xəbərlər 
Daha çox 






















