• $
  • €
  • ₽
  • ₺
  • £

Gələn il Yerdə iki Günəş və iki Ay tutulması baş verəcək

Gələn il Yerdə iki Günəş və iki Ay tutulması baş verəcək
23.10.2024 16:50
2025-ci ildə Yerdə iki Günəş və iki Ay tutulması baş verəcək. Bu barədə Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından məlumat verilib.

2025-ci ilin birinci Günəş tutulması martın 29-da olacaq. Bu tutulma qismən Günəş tutulmasıdır. Tutulma martın 29-u saat 12:50:35-də başlayıb, saat 16:43:25-də sona çatacaq. Tutulma hadisəsi 3 saat 52 dəqiqə 50 saniyə davam edəcək.

Qeyd edilib ki, tutulmanın maksimumu saat 14:48:36-da olacaq. Qismən tutulma Rusiyanın şimalı, Avropa, Şimal-Qərbi Afrika və Atlantik okeanından görünəcək. Tutulma hadisəsi Azərbaycan ərazisində müşahidə olunmayacaq.

2025-ci ilin ikinci qismən Günəş tutulması sentyabrın 21-də baş verəcək. Tutulma hadisəsi sentyabrın 21-i saat 21:29:32-də başlayıb, sentyabrın 22-si saat 01:53:33-də sona çatacaq. Tutulma hadisəsi 4 saat 22 dəqiqə davam edəcək. Tutulmanın maksimumu sentyabrın 21-i saat 23:43:04-də olacaq. Tutulma hadisəsi Sakit okean, Yeni Zellandiya və Antarktidada görünəcək. Tutulma Azərbaycan ərazisindən müşahidə olunmayacaq.

Məluma görə, 2025-ci ilin ilk Ay tutulması martın 14-də baş verəcək. Bu, tam Ay tutulmasıdır. Tutulma hadisəsi saat 09:09:33-də başlayıb, 12:47:48-də sona çatacaq. Tutulma hadisəsi 3 saat 38 dəqiqə çəkəcək. Tutulmanın maksimumu saat 10:59:56-da baş verəcək. Tam tutulma hadisəsi Sakit okean, Amerika, Qərbi Avropa, Qərbi Afrikada müşahidə olunacaq. Bu tutulma zamanı Ay üfüqdən aşağıda olduğu üçün Azərbaycandan müşahidə olunmayacaq.
2025-ci ilin ikinci tam Ay tutulması sentyabrın 7-də baş verəcək. Tutulma sentyabrın 7-si saat 20:27:02-də başlayıb, 23:56:26-də sona çatacaq. Tutulma hadisəsi 3 saat 29 dəqiqə 24 saniyə çəkəcək. Tutulmanın maksimumu saat 22:12:58-də baş verəcək. 2025-ci ilin 2-ci tam Ay tutulması Avropa, Afrika, Asiya və Avstraliyada görünəcək.

Azərbaycan ərazisindən axşam saatlarından başlayaraq gecə yarısına kimi tam Ay tutulmasını müşahidə etmək mümkün olacaq.


www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Mərdəkan şossesində qəza olub, yolda sıxlıq yaranıb
Cəmiyyət 16:12
Mərdəkan şossesində qəza olub, yolda sıxlıq yaranıb
Güclü külək Bakıda fəsadlar törədib
Cəmiyyət 14:05
Güclü külək Bakıda fəsadlar törədib
Sabahın hava proqnozu
Cəmiyyət 12:26
Sabahın hava proqnozu
İmişlidə ağır avtoqəza baş verib, iki nəfər ölüb
Cəmiyyət 11:54
İmişlidə ağır avtoqəza baş verib, iki nəfər ölüb
DYP sürücülərə xəbərdarlıq edib
Cəmiyyət 11:41
DYP sürücülərə xəbərdarlıq edib
Qala qəsəbəsində hərəkətdə olan avtomobil alışıb
Cəmiyyət 23:30
Qala qəsəbəsində hərəkətdə olan avtomobil alışıb
Mətbuat və Media və Yayım şuralarının əməkdaşları Zəfər parkını ziyarət ediblər
Cəmiyyət 23:00
Mətbuat və Media və Yayım şuralarının əməkdaşları Zəfər parkını ziyarət ediblər
Leysan olacaq, şimşək çaxacaq - SABAHIN HAVASI
Cəmiyyət 12:40
Leysan olacaq, şimşək çaxacaq - SABAHIN HAVASI
Ərdoğan Azərbaycana səfərə yola düşüb
Cəmiyyət 11:46
Ərdoğan Azərbaycana səfərə yola düşüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol