Ötən ilin iyul ayında Gəncə hadisələrinə görə həbs edilən şəxs həbsxanada vəfat edib.
Anews.az-ın verdiyi xəbərə görə, mədə xərçəngindən əziyyət çəkən Aydın Qurbanov Penitensiar Xidmətin Müalicə Müəssisəsində ölüb. Bu barədə onun yaxınları məlumat yayıblar.
İttihama görə, Gəncə şəhər İcra Hakimiyyətinin sabiq başçısı Elmar Vəliyevə qarşı terror aktı törətməkdə təqsirləndirilən Yunis Səfərov həmin silahları müvəqqəti qaytardıqdan sonra Hamlet Abdullayev "Makarov” tapançasını pul müqabilində Pərviz Bayramova və "Kalaşnikov” avtomatını dayısı, Gəncə şəhər sakini Aydın Qurbanova verib. Aydın Qurbanovun gizlətdiyi silahların və sursatın yerinin müəyyən edilməsi məqsədilə onların Gəncə şəhərində qeydiyyatda olduğu ünvanda axtarış aparılıb.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !