Gəncədə baş verən atışmanın görüntüləri yayıldıVİDEO

12:36 | 27.10.2017
Gəncədə baş verən atışmanın görüntüləri yayıldı – VİDEO

Gəncədə baş verən atışmanın görüntüləri yayıldıVİDEO

Gəncə şəhərində kriminal aləmin nüfuzlu şəxsləri arasında baş verən atışmanın videogörüntüləri yayılıb. 

Anews.az xəbər verir ki, Musavat.com-un əldə etdiyi lentdə hadisənin necə baş verdiyi görünür.

Qeyd edək ki, hadisə Kəpəz rayonunda yerləşən "Miraj” çay evində baş verib.

Belə ki, 27 yaşlı Qurbanov Qurban, 27 yaşlı Əliyev Tural, 30 yaşlı Nəsirov Edqar və 39 yaşlı Kərimov Namiq arasında silahlı insident olub. Hadisədən sonra Q.Qurbanov ölkə ərazisindən qaçmaq istəyərkən "Sınıq Körpü” keçid məntəqəsində saxlanılıb. Edqar Nəsirov yaralı halda xəstəxanaya yerləşdirilib.

Hadisənin digər iştirakçılarının axtarışları davam etdirilir.
 


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb