Gəncədəki fabrikdə bunker cırıldı - Yol bağlandı

20:13 | 05.05.2015
Gəncədəki fabrikdə bunker cırıldı - Yol bağlandı

Gəncədəki fabrikdə bunker cırıldı - Yol bağlandı

Gəncədəki un fabrikinə məxsus bunker cırılıb. 

Kəpəz TV-nin yaydığı xəbərə görə, bu gün saat 16 radələrində "Neon” un fabrikinə məxsus taxıl saxlanılan bunkerdə cırılma hadisəsi baş verib. Bunkerdə olan buğda yola dağılıb.

Nəticədə Əziz Əliyev prospektinin həmin ərazisində avtomobillərin hərəkəti tam məhdudlaşıb. Hazırda traktorla buğdanın yığımı aparılır.

Qəza nəticəsində fabrikin hasarı uçub, 2 ədəd gecə işıqlandırma dirəyi aşıb, qaz xətti zədələnib və elekrtik naqilləri sıradan çıxıb.


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM