General Əli Nağıyevin qardaşına yüksək vəzifə verildi

10:32 | 25.12.2015
General Əli Nağıyevin qardaşına yüksək vəzifə verildi

General Əli Nağıyevin qardaşına yüksək vəzifə verildi

Dövlət Miqrasiya Xidməti rəisinin birinci müavini təyin edilib. 
 
APA-nın məlumatına görə, bu barədə Azərbaycan prezidenti İlham Əliyev sərəncam imzalayıb. Sərəncama əsasən, Vəli Nağıyev Dövlət Miqrasiya Xidməti rəisinin birinci müavini təyin edilib. 
 
Qeyd edək ki, 2011 il martın 3-dən 2014-cü il fevralın 11-dək Dövlət Miqrasiya Xidməti rəisinin birinci müavini Teymur Mehdiyev olub. R. Mehdiyev Azərbaycan prezidenti İlham Əliyevin 5 may 2014-cü il tarixli sərəncamı ilə fövqəladə hallar nazirinin müavini təyin edilib və general-mayor ali hərbi rütbəsi verilib. Ötən dövr ərzində Dövlət Miqrasiya Xidməti rəisinin birinci müavini vəzifəsinə təyinat olmayıb.
Vəli Nağıyev Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəis müavini, general-mayor Əli Nağıyevin qardaşıdır. 

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

Bu gün Azərbaycanda "Anım Günü"dür