General Nizam Osmanov vəzifəsindən azad olundu

15:32 | 05.01.2015
General Nizam Osmanov vəzifəsindən azad olundu

General Nizam Osmanov vəzifəsindən azad olundu

Azərbaycan Silahlı Qüvvələrinin Ordu Birliyinin komandiri, general-leytenant Nizam Osmanov vəzifəsindən azad olunub.

ANN.Az APA-ya istinadən xəbər verir ki, onun yerinə general-mayor Hikmət Həsənov təyin edilib.

"Silahlı Qüvvələrdə planlı surətdə həyata keçirilən tədbirlər çərçivəsində Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin müvafiq Sərəncamına əsasən, birlik komandiri vəzifəsinə general-mayor Hikmət Həsənov təyin olunub. Əvvəllər həmin vəzifədə çalışmış general-leytenant Nizam Osmanov isə Müdafiə Nazirliyində Baş İdarə rəisi vəzifəsinə təyin olunub”.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM