General Səməd bəy Mehmandarovun 160 illik yubleyi qeyd olundu

19:31 | 27.10.2015
General Səməd bəy Mehmandarovun 160 illik yubleyi qeyd olundu

General Səməd bəy Mehmandarovun 160 illik yubleyi qeyd olundu

Gəncədə Səməd bəy Mehmandarovun 160 illik yubleyi qeyd olunub.
 
"Report" xəbər verir ki, tədbir Prezident İlham Əliyevin "General Səməd bəy Mehmandarovun 160 illik yubileyinin keçirilməsi haqqında" sərəncamına əsasən keçirilib.

Gəncə Dövlət Dram Teatrının aktyorlarının ifasında Səməd bəy Mehmandarov və Əliağa Şıxlinskininin obrazları səhnəyə daxil olub. Azərbaycan Xalq Cumhuriyyəti dövründə hərbi nazir olan genral Səməd bəy Mehmandarovun həyat və fəaliyyəti səhnələşdirilərək tamaşaçılara təqdim edilib. Tədbirdə N saylı hərbi hissənin əsgərlərinin nümunəvi çıxışları, eləcə də vətənpərvərlik ruhunda mahnılar alqışlarla qarşılanıb. Tədbirə ötən il düşmənin helikopterini məhv edən İlkin Muradov da qatılıb.

Tədbirdə çıxış edən Şəmkir Hərbi Birləşməsinin komandiri, general-leytenant Rövşən Əkbərov bildirib ki, Səməd bəy Mehmandarov kimi generallar daim yad olunmalıdır: "Mən bir general kimi, azərbaycanlı kimi fəxr edirəm ki, bizim belə generallarımız olub. Biz onları həmişə yadda saxlamalıyıq. Çox sağ olsun bizim ali baş komandanımız ki, belə bir sərəncam imzalayıb".

Qeyd edək ki, yubley tədbirində Gəncə Dövlət Dram Teatrı ilə yanaşı Silahlı Qüvvələrin özfəaliyyət kollektivləri, Silahlı Qüvvələrin mahnı və rəqs ansamblının üzvləri, Azərbaycan mədəniyyət və incəsənət ustaları da çıxışlar edib. Tədbirin yüksək səviyyədə keçirilməsində xidmətləri olanlara Müdafiə Nazirliyi tərəfindən təşəkkür elan edilib.


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM