• $ 1.7
  • € 1.9753
  • ₽ 0.021795
  • ₺ 0.0422
  • £ 2.2774

Gül vəhabilərin hücumundan danışdı

Gül vəhabilərin hücumundan danışdı
11.06.2014 21:22
Türkiyə prezidenti Abdullah Gül Mosulun vəhabilər tərəfindən işğal edilməsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib. ANS PRESS-in məlumatına görə, Gül İraqla Türkiyənin münasibətlərinin lazımı səviyyədə olmadığını söyləyib: “Belə məsələlərdə hər hansı bir boşluq buraxmaq olmaz. Münasibətlərdə hər hansı bir boşluğa yol verilərsə belə hadisələr baş verə bilər. İraqla münasibətlərimizin normalladırılması üçün məsləhətləşmələr aparılmalıdır”.Qeyd edək ki, İraq hökuməti Mosul şəhərində yaşanan gərginliklə əlaqədar ölkədə fövqəladə vəziyyət elan edib.Bir qədər əvvəl Mosul şəhərində İraq-Şam İslam Dövləti silahlıları ilə hökumət qüvvələri arasında başlayan qarşıdurmalar geniş vüsət alıb. İŞİD silahlıları Mosul şəhərində rəhbərliyi tamamilə ələ keçirdiklərini bəyan ediblər. Silahlılar, eyni zamanda, bölgədə bir neçə televiziya binasını da tutublar.Rəsmilər qrupun yerli həbsxanalardan birindən 1400 nəfəri azadlığa buraxdığını bildiriblər. Yüzlərlə insan zorakılıqlardan qaçmaq üçün evlərini tərk etmək məcburiyyətində qalıb.Mosulun ətraf rayonlarında silahlı qarşıdurmalar gün ərzində davam edib. Hələlik qarşıdurmalar zamanı nə qədər insan itkisi olması barədə məlumat verilmir.Ölkənin baş naziri Nuri əl-Maliki fövqəladə vəziyyətlə əlaqədar kişiləri orduya çağırıb. Maliki, həmçinin, Birləşmiş Millətlər Təşkilatı və Ərəb Liqasından terrorizmə qarşı mübarizədə dəstək gözlədiyini bildirib.ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Alen Simonyan həyat yoldaşından boşanıb, model sevgilisi olduğu bildirilir
Dünya 07:48
Alen Simonyan həyat yoldaşından boşanıb, model sevgilisi olduğu bildirilir
Trampda xəstəlik aşkarlanıb — Ağ Ev
Dünya 07:39
Trampda xəstəlik aşkarlanıb — Ağ Ev
Putin Telegram və WhatsApp-a məhdudiyyətlər qoyub
Dünya 07:35
Putin Telegram və WhatsApp-a məhdudiyyətlər qoyub
Tramp Coca-Cola-nın tərkibini dəyişir
Dünya 07:26
Tramp Coca-Cola-nın tərkibini dəyişir
Sloveniya iki israilli nazirə qarşı sanksiya tətbiq edib
Dünya 23:57
Sloveniya iki israilli nazirə qarşı sanksiya tətbiq edib
Moldova NATO-nun hərbi təlimlərində iştirak edəcək
Dünya 23:30
Moldova NATO-nun hərbi təlimlərində iştirak edəcək
Tramp və Netanyahu arasında telefon danışığı olub
Dünya 22:58
Tramp və Netanyahu arasında telefon danışığı olub
Rusiya Yaponiyaya etiraz edib
Dünya 20:00
Rusiya Yaponiyaya etiraz edib
Şmıqal Ukraynanın müdafiə naziri təyin edilib
Dünya 18:12
Şmıqal Ukraynanın müdafiə naziri təyin edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol