“Google” inqilab etdi – tərcümədə

09:20 | 08.12.2014
“Google” inqilab etdi – tərcümədə

“Google” inqilab etdi – tərcümədə

"Google” bu ilin əvvəllərində satın aldığı və pulsuz istifadə imkanı yaradacağını açıqladığı "Vordlens”in ("WordLens”) tətbiqinə başlayır.

Axar.az xəbər verir ki, bu proqramın vasitəsi ilə hazır mətni kameranın obyektivinə yaxınlaşdırmaqla seçdiyiniz dilə uyğun tərcümə etmək mümkün olacaq.

"Google” gələcəkdə bunu inkişaf etdirməyi və canlı danışığın avtomatik tərcüməsini planlaşdırır. Belə ki, fərqli dildə danışan adamın sözlərini kameralar dərhal qəbul edib, anında çevirəcək. Beləcə xarici dil bilmədən də istənilən millətin nümayəndəsi ilə ünsiyyətə girmək gerçəkləşəcək.

 
 
ANN.Az
 
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM