Goranboyda qadını avtomobil vuraraq öldürüb

22:00 | 02.08.2021
Goranboyda qadını avtomobil vuraraq öldürüb

Goranboyda qadını avtomobil vuraraq öldürüb

Bakı-Qazax avtomobil yolunun Goranboy rayon ərazisindən keçən hissəsində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.


"Report"un məlumatına görə, yolu qarşı tərəfə keçmək istəyən 1958-ci il təvəllüdlü Ülkər Yusif qızı Əliyevanı "Nissan" markalı avtomobil vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib. Onun şəxsiyyəti dəqiqləşdirilir.


Bu sutka ərzində Goranboy rayonunda piyadanın ölümü ilə nəticələnən 3-cü hadisədir.


Faktla bağlı araşdırma aparılır.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM