Güclü külək Bakıda bir sıra fəsadlar törədib

18:30 | 03.12.2019
Güclü külək Bakıda bir sıra fəsadlar törədib

Güclü külək Bakıda bir sıra fəsadlar törədib

Dekabrın 2-də Fövqəladə Hallar Nazirliyinin "112” qaynar telefon xəttinə Bakı şəhərinin müxtəlif rayonlarında güclü külək nəticəsində bir sıra fəsadların baş verməsi barədə məlumat daxil olub. 

ONA-nın xəbərinə görə, Nazirliyin mətbuat xidmətinin məlumatında bildirilir ki, Yasamal rayonunda bir neçə dam örtüyünün qoparaq asılı vəziyyətdə qalması, Səbail rayonu hündürmərtəbəli binanın eyvan şüşəsinin qırılaraq asılı vəziyyətə qalması və s. təhlükəli vəziyyətlərin aradan qaldırılması üçün ərazilərə Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli xilasetmə Xidmətinin müvafiq qüvvələri cəlb olunub.

Təhlükəli vəziyyətlər aradan qaldırılıb.

Qeyd olunan məlumatlar aidiyyəti üzrə istiqamətləndirilib.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb