""Günəşli" yatağında yanğının söndürülməsinə xarici mütəxəssislər cəlb olunub"

16:40 | 08.12.2015

""Günəşli" yatağında yanğının söndürülməsinə xarici mütəxəssislər cəlb olunub"

SOCAR-ın "Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə baş verən yanğın nəticəsində itkin düşən 23 nəfərin, o cümlədən itkin düşən "Neft Daşları"nın 3 əməkdaşının axtarışları davam edir.
 
"APA-Economics"in məlumatına görə, bunu SOCAR-ın "Azneft” İstehsalat Birliyinin baş mühəndisi Balamirzə Ağarəhimov yaradılan operativ qərargahda keçirilən brifinqdə bildirib.
 
"Saat 16:00-a olan məlumata görə, axtarışlar heç bir nəticə verməyib. Buna baxmayaraq, axtarış tədbirləri davam etdirilir", - deyə B. Ağarəhimov bildirib.
 
Baş mühəndis əlavə edib ki, yanğın hələ də söndürülməyib: "Yanğının söndürülməsi ilə 8 gəmi məşğuldur. Bununla yanaşı, yanğının söndürülməsinə bir neçə xarici mütəxəssis cəlb olunub".

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM