“Günəşli” yatağında yeni quyu istismara verildi

23:30 | 04.09.2015
“Günəşli” yatağında yeni quyu istismara verildi

“Günəşli” yatağında yeni quyu istismara verildi

"Günəşli” yatağındakı 11-ci özüldən 345 nömrəli quyu qazmadan sonra istismara verilib.

ANN.Az SOCAR-a istinadən xəbər verir ki, "SOCAR AQŞ” Müştərək Müəssisəsi tərəfindən Fasilə Lay Dəstəsinə qazılmış quyu qazlift üsulu ilə məhsul verib, 3144-3138 metr intervaldan sutkalıq 150000 kubmetr qaz və 80 ton neft hasilatı ilə istismar fonduna qəbul edilib.

Qeyd edək ki, quyu "Azneft” İstehsalat Birliyinin "28 May” adına Neft və Qazçıxarma İdarəsinin sifarişi ilə qazılıb.

                              

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM