Gürcülər Papanın gəlişinə etiraz edir - FOTOLAR

15:52 | 30.09.2016
Gürcülər Papanın gəlişinə etiraz edir - FOTOLAR

Gürcülər Papanın gəlişinə etiraz edir - FOTOLAR

Gürcülər Papanı istəmir

ANN.Az xəbər verir ki, Roma Papasının Gürcüstana səfərinin əleyhinə olan bir qrup şəxs Tbilisi Beynəlxalq Hava Limanının yaxınlığında etiraz aksiyası təşkil ediblər.
 
Etiraz aksiyası pontifikin gəlişindən 2 saat əvvəl başlayıb. Etirazçılar "Vatikan - mənəvi təcavüzçü", "Papa - arxiyeretik, Pravoslav Gürcüstanında şad deyillər" şüarları ilə hərəkət ediblər.

Təşkilatçılar iddia edir ki, Roma Papası Tbilisidə messa keçirməklə pravoslavların hislərini təhqir edir.
 


Xatırladaq ki, bu gün Roma Papası Fransiskin Gürcüstana və Azərbaycana rəsmi səfəri başlayır.

Səfər çərçivəsində Roma Papası hər iki ölkədə siyasi və dini liderlərlə görüşəcək. Oktyabrın 2-də səhər saatlarında Roma Papası Tiflisdən Bakıya yola düşəcək. 
 


Bakı səfəri zamanı Azərbaycan Respublikası Prezidenti İlham Əliyev, şeyx Allahşükür Paşazadə, yəhudi icması, Bakıdakı Rus Pravoslav Kilsəsi ilə görüşlər keçirəcək.

Bir müddət öncə Vatikan üzrə aparıcı ekspert, jurnalist Andrea Tornielli İtaliyanın "La Stampa" qəzetinə müsahibəsində bildirib ki, bu səfər dinlərarası sülhün möhkəmləndirilməsi baxımından böyük əhəhmiyyət kəsb edir.
 



www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb