Gürcüstanın azərbaycanlı deputatı: "Hakim partiyadan istefa verməyəcəyəm"

21:30 | 15.11.2019
Gürcüstanın azərbaycanlı deputatı:

Gürcüstanın azərbaycanlı deputatı: "Hakim partiyadan istefa verməyəcəyəm"

Gürcüstan parlamentinin azərbaycanlı deputatı Ruslan Hacıyev hakim Gürcü Arzusu Partiyasının rəhbərlik etdiyi parlament çoxluğunu tərk etmək niyyətində olmadığını bildirib.

"Report"un yerli bürosu xəbər verir ki, bu barədə parlament üzvü özü açıqlama verib.
O bildirib ki, bu günə qədər Gürcü Arzusu Partiyasının üzvü olub və bundan sonra da hakim partiyada təmsil olunacaq.

Qeyd edək ki, bu gün R.Hacıyevin də təmsil olunduğu "Mühafizəkarlar" fraksiyasının bir neçə üzvü təmsil olunduqları parlament çoxluğunu tərk edib. Buna səbəb ötən gün parlamentdə proporsional seçki sisteminə keçidlə bağlı qanunun qəbul olunmamasıdır.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb