Havalar yenidən soyuyur: qar yağacaq

15:07 | 21.01.2015
Havalar yenidən soyuyur: qar yağacaq

Havalar yenidən soyuyur: qar yağacaq

Sabah ölkədə yağıntılı hava müşahidə olunacaq.

ANN.Az Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinə istinadən xəbər verir ki, yanvarın 22-də Bakıda və Abşeron yarımadasında buludlu hava üstünlük təşkil edəcəyi, zəif duman olacağı, çiskinli yağış yacağı gözlənilir.

Abşeron yarımadasında temperatur gecə 1-3, gündüz 7-9 dərəcə isti olacaq.

Yanvarın 22-də qərb rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin şimal və şərq rayonlarında bəzi yerlərdə havanın yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı ehtimal olunur. Ayrı-ayrı yerlərdə duman olacaq, qərb küləyi əsəcək.

Temperatur aran rayonlarında gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 6-11 dərəcə isti, dağlıq rayonlarda gecə 0-5 dərəcə şaxta, gündüz 3-8 dərəcə isti olacaq.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

Bu gün Azərbaycanda "Anım Günü"dür