Havanın temperaturu 16 dərəcəyədək yüksələcək

15:47 | 31.01.2015
Havanın temperaturu 16 dərəcəyədək yüksələcək

Havanın temperaturu 16 dərəcəyədək yüksələcək

Bakıda 11 dərəcə isti gözlənilir

Fevralın 1-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində yağmursuz keçəcəyi gözlənilir.
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, cənub küləyi əsəcək, gündüz arabir güclənəcək.
 
Havanın temperaturu Abşeron yarımadasında gecə 4-6, gündüz 8-12 dərəcə isti, Bakıda gecə 4-6 dərəcə, gündüz 9-11 dərəcə isti olacaq.
 
Azərbaycanın rayonlarında sabah hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Cənub-qərb küləyi, ayrı-ayrı yerlərdə arabir güclənəcək. 
 
Havanın temperaturu gecə 0-5, gündüz 11-16 dərəcə isti, dağlarda gecə 3 dərəcədə şaxtadan 2 dərəcəyədək isti, yüksək yüksək dağlıq ərazilərdə 3-8 dərəcə şaxta, gündüz 7-12 dərəcə isti olacaq.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM