"Hazırda dünyada yalnız 10 ölkə tamamilə münaqişələrdən azaddır"

12:15 | 08.06.2016

"Hazırda dünyada yalnız 10 ölkə tamamilə münaqişələrdən azaddır"

Ötən il bütün dünyada silahlı münaqişələrin qurbanlarının sayı son 25 ildə ən yüksək olub, qaçqınların sayı isə İkinci Dünya Müharabəsindən sonra maksimal səviyyəyə çatıb. 

"Report" xəbər verir ki, bunu Qlobal Barış İndeksinin (Global Peace Index) məlumatları göstərir.

Tədqiqatda qeyd olunub ki, dünyada zorakılığın kəskin artması Yaxış Şərqdəki münaqişələr səbəbindən baş verir. Həyat üçün ən təhlükəli ölkə kimi Suriya göstərilib, ondan sonra Cənubi Sudan, İraq, Əfqanıstan və Somali gəlir. 

Global Peace Index-in məlumatlarına görə, ötən il terror hücumlarının sayı bütün müşahidə dövrü ərzində rekord səviyyəyə çatıb. Hücumların böyük hissəsi Suriya, İraq, Nigeriya, Əfqanıstan və Pakistanda baş verib.

Avropa planetdə ən dinc region kimi qalıb, lakin mütəxəssislər qeyd edir ki, son beş ildə Avropa ölkələrində terror hücumlarının sayı kəskin artıb. 

"The Independent" yazır ki,son 10 ildə bu reytinqi tərtib edən İqtisadiyyat və Sülh İnstitutunun məlumatlarına görə, hazırda  dünyada yalnız 10 ölkə tamamilə münaqişələrdən (daxili və xarici) azaddır. Bunlar Botsvana, Çili, Kosta Rika, Yaponiya, Mavritaniya, Panama, Qətər, İsveçrə, Uruqvay və Vyetnamdır. 
Reytinqin tərtib olunması zaman 23 amil nəzərə alınır.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb