Həbib Nurmaqomedovun həyat yoldaşı ilə bağlı bilinməyən faktlar - FOTOLAR

20:02 | 11.09.2019
Həbib Nurmaqomedovun həyat yoldaşı ilə bağlı bilinməyən faktlar - FOTOLAR

Həbib Nurmaqomedovun həyat yoldaşı ilə bağlı bilinməyən faktlar - FOTOLAR

UFC-nin rusiyalı dünya çempionu Həbib Nurmaqomedov bu dəfə öz həyat yoldaşını ictimaiyyətdən gizlətməklə gündəmə gəlib. 


Anews.az  Baku.ws-ə istinadən xəbər verir ki, bu barədə "eurosport" material hazırlayıb. 


Məlumata görə, rusiyalı MMA döyüşçüsünün həyat yoldaşının adı Patimatdır və onun barədə ictimaiyyətə heç nə məlum deyil. Buna səbəb kimi Qafqaz ənənələrinə görə qadının gözəlliyinin təkcə ərinə məxsus olması əsas göstərilir. 

 
Cütlük nə vaxtdan tanışdır?


Həbib və xanımı Patimat bir-birini uşaqlıqdan tanıyırlar. Yoldaşı Həbibin doğulub boya-başa çatdığı Sildi rayonunun Çumadinsk kəndindəndir. Çütlük hələ uşaq vaxtı ikinci sinifdə ayrılmaq məcburiyyətində qalıblar. Belə ki, Həbibin ailəsi Kirovaul rayonuna köçüblər. 
 
Həbib doğma kəndindəki qohumlarına qonaq gələrkən tez-tez Patimatla görüşüb. O, 22 yaşında olarkən valideynlərini Patimat üçün elçi göndərib. Valideynlərin razılığından sonra cütlüyün 2013-cü ildə toyu baş tutub. Toya Dağıstanın müxtəlif rayonlarından 1200 nəfər insan qatılıb. Patimat toyda üzü bağlı olduğu üçün çəkilən şəkillərdə görsənmir. Bu səbəbdən ictimaiyyət Həbibin xanımının üzünü görməyib.
 
Nurmaqomedov xanımını niyə gizlədir?
 
Bu barədə yaranan suallara Həbibin atası Abdulmanal cavab verib: "Ər deyir ki, "Örtün"! O, da bağlanır. Arvadın gözəlliyi yalnız ərinə məxsus olmalıdır. Bu indinin məsələsi deyil, hər şey 400 il əvvəl qərara alınıb".
 
Cütlüyün uşağı varmı?
 
Patimat və Həbibin 3 övladı var. Dörd yaşlı Fatimə və 2 yaşlı Məhəmməddən sonra bu yaxınlarda cütlüyün daha bir övladı dünyaya gəlib. Uşaqlar və anası Dağıstanda yaşayır. 
 



www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM