• $
  • £

Həbsdə olan şirkət rəhbərinin oğlunun apellyasiya şikayəti təmin edilməyib

Həbsdə olan şirkət rəhbərinin oğlunun apellyasiya şikayəti təmin edilməyib
07.12.2019 18:00
Bakı Apellyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən Lətif Qasımov və Zaur İsayevin barələrində olan hökmdən verilən apellyasiya şikayətinə baxılıb.
 
"Report”un xəbərinə görə, hakim Qədim Babayevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
 
Qərara əsasən, təqsirləndirilən şəxslərin və zərərçəkmişin apellyasiya şikayəti təmin edilməyib.
 
Qeyd edək ki, L.Qasımov həbsdə olan "Real MTK”nın rəhbəri İlham Qasımovun oğludur. İttiham aktına görə, L.Qasımovla Z.İsayev Təranə Dünyamalıyevaya qarşı 100 min manatdan çox dələduzluq ediblər.
 
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə hər iki şəxsə şərti cəza verilib. İstintaq dövründə onların barələrində həbs qətimkan tədbiri seçilməmişdi. Hökmdən narazı qalan məhkumlar və zərərçəkmiş apellyasiya şikayəti veriblər.
 
Daha əvvəl "Real MTK”nın rəhbəri İ.Qasımov şair Gülağa Tənhanın (Gülağa Qəmbərov) 19,5 milyon dollar pulunu dələduzluq yolu ilə ələ keçirməkdə ittiham olunub və Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 15 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə onun 15 il müddətinə azadlıqdan məhrumetmə cəzası 12 ilə endirilib.
 
Xatırladaq ki, İ.Qasımovun adı ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarovun cinayət işi üzrə zərərçəkmiş kimi tanınıb.



www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bir həftə əvvəl kanalda batan yeniyetmənin meyiti tapılıb
Cəmiyyət 20:47
Bir həftə əvvəl kanalda batan yeniyetmənin meyiti tapılıb
Tovuzda ev yanıb, 5 nəfər tüstüdən zəhərlənib
Cəmiyyət 19:32
Tovuzda ev yanıb, 5 nəfər tüstüdən zəhərlənib
FHN çimərliklərə gedənlərə xəbərdarlıq edib
Cəmiyyət 18:24
FHN çimərliklərə gedənlərə xəbərdarlıq edib
Sabah Qaradağ rayonunun bir sıra ərazilərində qaz kəsiləcək
Cəmiyyət 17:42
Sabah Qaradağ rayonunun bir sıra ərazilərində qaz kəsiləcək
Qarabağ kanalında 1 nəfər batıb
Cəmiyyət 14:54
Qarabağ kanalında 1 nəfər batıb
İsmayıllıda maşınla motosiklet toqquşub,ölənlər var - Yenilənib
Cəmiyyət 14:04
İsmayıllıda maşınla motosiklet toqquşub,ölənlər var - Yenilənib
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:25
Sabahın hava proqnozu açıqlanıb
"Azərsilah"ın poliqonunda sınaqlar zamanı yanğın baş verib
Cəmiyyət 12:00
"Azərsilah"ın poliqonunda sınaqlar zamanı yanğın baş verib
Ağdamda minalanmış ərazidə yanğın olub
Cəmiyyət 11:55
Ağdamda minalanmış ərazidə yanğın olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol