Ərlərinin xidmət etdiyi yerdə iş tapa bilməyən hərbçi xanımlarına aylıq müavinət təklif olunur

Hərbi qulluqçuların ərlərinin xidmət etdiyi yerdə işlə təmin oluna bilməyən işləməyən həyat yoldaşlarına minimum əməkhaqqı məbləğində aylıq pul müavinəti ödənilməsi təklif edilir.
Bu, “Hərbi qulluqçuların statusu haqqında” qanuna təklif olunan dəyişiklikdə əksini tapıb.
Dəyişikliyə əsasən, hərbi qulluqçuların işləməyən arvadları ərlərinin xidmət yeri üzrə işə düzələ bilmədikdə, onlara Azərbaycanda fəhlə və qulluqçular üçün müəyyən edilmiş minimum əməkhaqqı məbləğində aylıq müavinət veriləcək.
























