Həftəsonları ictimai və fərdi nəqliyyatın hərəkəti dayandırılacaq

19:45 | 03.06.2020
Həftəsonları ictimai və fərdi nəqliyyatın hərəkəti dayandırılacaq

Həftəsonları ictimai və fərdi nəqliyyatın hərəkəti dayandırılacaq

Azərbaycanda cümə günü axşamdan bazar ertəsi səhərə kimi tam qapadılma tətbiq olunması gözlənilir. İctimai və fərdi nəqliyyat hərəkəti, küçəyəçıxma, iş rejimi məhdudlaşdırılacaq, mağazalar qapadılacaq. Bir sözlə tam qapalı rejim yaradılacaq,  bunu Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.

O qeyd edib ki, sabah bununla bağlı Operativ Qərargahın rəhbəri, Baş Nazir Əli Əsədovun müraciəti olacaq. Bu məsələlər detallı şəkildə elan ediləcək.


"Əgər qaydalara ciddi riayət olunsa və insanlar maskadan istifadə etsə, gələn həftəsonu üçün küçəyə çıxma qadağası olmaya bilər",  bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.

O bildirib ki, rayonlara gediş-gəlişin olmasını istəyirdik, amma mütəxəssislər buna icazə vermədi: "Mövcud vəziyyət əksinə qadağaların sərtləşməsinə səbəb oldu".



www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb