Həftəsonları kafe və restoranlar işləyəcəkmi? - Nazirlər Kabineti açıqladı

10:19 | 28.01.2021
Həftəsonları kafe və restoranlar işləyəcəkmi? - Nazirlər Kabineti açıqladı

Həftəsonları kafe və restoranlar işləyəcəkmi? - Nazirlər Kabineti açıqladı

Azərbaycanda karantin rejimi çərçivəsində həftəsonları iaşə obyektlərinin və ictimai nəqliyyatın fəaliyyəti dayandırılıb. Eyni zamanda, yanvarın 25-dən ticarət obyektlərinə, fevralın 1-dən isə kafe və restoranların fəaliyyətinə icazə verilib.

Bəs bundan sonra həftəsonları restoranlar və digər iaşə obyektləri işləyəcəkmi?

Nazirlər Kabinetinin mətbuat katibi İbrahim Məmmədov cavab olaraq bildirib ki, fevralın 1-dən sonra şənbə və bazar günləri ictimai iaşə müəssisələri yerində xidmət göstərə biləcək.

Həftəsonları ictimai nəqliyyatın fəaliyyəti ilə bağlı isə əlavə məlumat veriləcək.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM