Həkimlər: "Şumaxerin həyatı üçün savaşırıq"

23:10 | 30.12.2013
Həkimlər: "Şumaxerin həyatı üçün savaşırıq"

Həkimlər: "Şumaxerin həyatı üçün savaşırıq"

Həkimləri xizək sürərəkən qəza keçirən pilot Mixail Şumaxerin vəziyyəti ilə bağlı mətbuat konfransı keçiriblər"Formula-1" üzrə 7 qat dünya çempionu olan avtopilot Mixail Şumaxerin vəziyyəti ilə bağlı həkimləri açıqlama veriblər. ANS PRESS-in Türkiyə mətbuatına istinadla verdiyi məlumata görə, Alp dağında xizək sürərəkən yıxılaraq başını qayaya vuran və dərhal ağır vəziyyətdə xəstəxanaya yerləşdirilən Şumaxer ölüm-qalım savaşı verir. Bu gün həkimləri onun vəziyyəti ilə bağlı mətbuat konfransı keçiriblər.Həkinlərin sözlərinə görə, onun vəziyyəti ciddi və kritikdir. "Həyatı üçün savaşırıq. Amma bir şey demək və bundan sonra necə olacağını bildirmək üçün hələ çox erkəndir. Başında kaskası olmasa bu gün o aramızda olmazdı. Ailesi ilə daima əlaqədəyik. Yeni bir əməliyyata ehtiyac ola bilər".Həkimlər daha çox detal açıqlamaqdan çəkiniblər. Onlar avtopilotun başının sağ tərəfində ciddi travma olduğunu deyiblər. Onlar, Şumaxerin orta yaşlı olmasının da yüksək şans olduğunu deyiblər. Çünki daha yaşlı olacağı təqdirdə o bu zərbəyə tab gətirə bilməzdi.Xatırladaq ki, M.Şumazer ötən gün Fransada 14 yaşlı oğlu ilə xizək sürərkən qəzaya uğramışdı. Dərhal xəstəxanaya çatdırılan Şumaxer komadadır. ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM