Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan televiziya kanallarına verdiyi müsahibədə Azərbaycan ilə İran arasındakı münasibətlərə və İranın yeni rəhbərliyinin siyasətinin gələcəyinə toxunub.
"Bu barədə danışmaq hələ tezdir, çünki indiki İran rəhbərliyi ilə ciddi əlaqələrimiz olmayıb. Hökumət üzvləri arasında müəyyən kontaktlar olub ki, bunlar da əsasən iqtisadi və nəqliyyat məsələləri ilə bağlı idi", - Əliyev bildirib.
Azərbaycan Prezidenti həmçinin əvvəlki hökumətlə əlaqələrin pisləşməsi ilə bağlı bəzi məqamları da xatırladıb.
Əliyev Azərbaycanın səfirliyinə qarşı təşkil olunan terror aktını yada salıb.
Birincisi, təxminən 40 dəqiqə ərzində oraya bir dənə də olsun polis maşını gəlmədi. Halbuki bu, paytaxtın mərkəzində baş verdi. Ertəsi gün terrorçunu dərhal ruhi xəstə elan etdilər, halbuki istənilən tibbi ekspertiza bir neçə gün çəkir. Bu şəxs terroru törətdiyi gün dərhal KİV-lərə müsahibə verdi. Bu hadisədən iki il keçib. Bu günə qədər həmin şəxsin cəzası icra olunmayıb. Bütün bunlar göstərir ki, bu, təşkil olunmuş bir hadisə idi", - Əliyev əlavə edib.
N.Təbrizli
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !