Helikopterimiz Ermənistan ordusunu qorxutdu

10:36 | 29.05.2015
Helikopterimiz Ermənistan ordusunu qorxutdu

Helikopterimiz Ermənistan ordusunu qorxutdu

Azərbaycanın mülki helikopteri erməni hərbçilərini qorxudub. 

"O, qoşunların təmas xəttinin yaxınlığından keçdi, buna görə də biz lazımi tədbirlər gördük ", - deyə ermənilərin baş strateqi Seyran Ohanyan jurnalistlərin qarşısında öyünüb. 

"Helikopter mülki idi və sakit şəkildə uçuşunu davam etdi", - deyə erməni müdafiə naziri bildirib. 

"Biz təmkin göstəririk və heç bir təxribata getmirik ki, atəşkəs rejiminə riayət edilsin",- deyə erməni hərbçi iddia edib. 

Yerli ekspertlər hesab edir ki, erməni tərəfi Azərbaycan əsgərlərinin düşmənin nəzərəçarpacaq itkilərinə səbəb olmuş cavab zərbəsindən sonra bu addımı atmağa məcbur olub. 

Ermənistan hərbi nazirinin jurnalistlərə dediyi sözlərə baxın: "Biz bütün təxribatlardın bütünlüklə imtina etdik". Deməli, Ohanyan əvvəllər təxribatların törədildiyini etiraf edib. 

Belə olan halda, ATƏT-in Minsk qrupunun həmsədrləri niyə bununla bağlı heç nə danışmırlar? Sanki ağzına su almış adamlar kimi susurlar. //ANS

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb