Həmsədrlər Bakıda - Qarabağ danışıqları başlayır

11:18 | 07.02.2018
Həmsədrlər Bakıda - Qarabağ danışıqları başlayır

Həmsədrlər Bakıda - Qarabağ danışıqları başlayır

Bu gün ATƏT-in Minsk Qrupunun həmsədrlərinin Bakıda dövlət rəsmiləri ilə görüşləri keçiriləcək.

AzVision.az xəbər verir ki, həmsədrlərin prezident İlham Əliyev və xarici işlər naziri Elmar Məmmədyarovla görüşü nəzərdə tutulub.

Səfərin məqsədi Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə hal-hazırda aparılan intensiv və məntiqi əsaslı danışıqlara dair müzakirələrin davam etdirilməsidir.

Həmsədrlər Bakı səfərindən sonra Ermənistana və işğal altında olan Dağlıq Qarabağa yollanacaqlar.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb