Həmsədrlər Rusiyada Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasını müzakirə etdi

23:14 | 13.07.2015
Həmsədrlər Rusiyada Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasını müzakirə etdi

Həmsədrlər Rusiyada Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasını müzakirə etdi

Görüşdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjel Kaspyşıkin də iştirak edib

Rusiya Xarici işlər Nazirliyi Moskvada ATƏT-in Minsk Qrupunun həmsədrləri İqor Popov (Rusiya), Ceyms Uorlik (ABŞ) və Pyer Andrie ilə (Fransa) Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasin arasında keçirilən görüşlə bağlı məlumat yayıb.
 
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, məlumatda Rusiya XİN başçısının müavini  Qriqori Karasinlə həmsədrlər arasında keçirilən görüşdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjel Kaspyişık də iştirak etdiyi bildirilib.
 
Görüşdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması müzakirə olunub.
 
Qeyd edək ki, iyulun 20-21-də həmsədrlərin bölgəyə növbəti səfəri planlaşdırılıb. İyulun 20-də həmsədrlər Ermənistana, 21-də isə Azərbaycana səfər edəcəklər. Səfərin əsas məqsədi Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşünü hazırlamaqdır.
 

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

Bu gün Azərbaycanda "Anım Günü"dür