Hər gün 1 fincan yaşıl çayın FAYDALARI

18:27 | 03.12.2016
Hər gün 1 fincan yaşıl çayın FAYDALARI

Hər gün 1 fincan yaşıl çayın FAYDALARI

Yaşıl çayı bəziləri sırf arıqlamaq üçün içir. Halbuki, yaşıl çayın faydası yanlız bununla kifayətlənmir.

ANN.Az publika.az-a istinadən yaşıl çayın müalicəvi xüsusiyyətlərini təqdim edir.

Daha enerjili olacaqsınız

Yaşıl çay təbii kofein enerjisinə malikdir. Özünüzü qəhvə içən biri qədər enerjili və gümrah hiss edəcəksiniz.

Əsəbləri sakitləşdirir

Yaşıl çayın sakitləşdirici xüsusiyyəti də var.

Stressi azaldır, sinirlərin və bədənin rahatlanmasını təmin edir.

Yaddaşı gücləndirir

Gündə 1-2 stəkan yaşıl çay içmək yaddaşı möhkəmləndirir və zehni inkişaf etdirir. Uzun müddətli istifadə etdikdə isə qocalıq dövründə yaddaş itməsinin qarşısını alır.

Artıq çəkidən xilas edir

İdmana başlamazdan əvvəl bir stəkan yaşıl çay için. Bu, məşq zamanı yağları daha səmərəli şəkildə yandırmağa kömək edir. Eyni zamanda metabolizminin fəaliyyətini yaxşılaşdıracaq.

Bədənin xəstəliklərə qarşı müqavimətini artırır

Antioksidantlarla zəngin olan bir stəkan yaşıl çay immunitet sistemin gücləndirir.

Yaşıl çayın içinə limon sıxmaqla faydalarının orqanizmə daha tez təsir göstərməsinə nail ola bilərsiniz. Əlbəttə ki, əlavə olaraq C vitamini də qəbul edəcəksiniz.

Dərini parlaq və hamar edir

Yaşıl çay dərini müdafiə edir, günəş şüalarının zərərini azaldır.

Yaşıl çaydan tonik kimi istifadə edib üzünüzü yuya da bilərsiniz. Eyni zamanda yaşıl çay dərinin çox yağ istehsalını azaldıb sızanaq problemini aradan qaldırır. Yaşıl çayın dəri baxımı məhsullarında tez-tez istifadə edilməsinin səbəbi də budur.

Əks təsirləri

Tez-tez sidiyə çıxma,ürək bulanma, qusma, yuxusuzluq kimi zərərləri də ola bilər. Kafeinə həssaslığı olanlar içməməlidir. Xüsusilə də bəzi ürək, böyrək xəstəlikləri olanlar, psixoloji problemləri olanlar, laxtalanma problemi yaşayanlar, xərçəng xəstələri, hamilə qadınlar, eləcə də körpə əmizdirən qadınların yaşıl çaydan istifadə etməsi məhləhət deyil.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb