Hər iki ayağını itirən əsgərlə bağlı açıqlama

11:39 | 04.03.2015
Hər iki ayağını itirən əsgərlə bağlı açıqlama

Hər iki ayağını itirən əsgərlə bağlı açıqlama

"Deyilənlərin heç biri həqiqətə uyğun deyil. Rayonun deputatı Hadi Rəcəbli icra başçısının müavini İlqar Dadaşovla birlikdə Sərxana ad günündə, yəni ötən il avqustun 19-da baş çəkiblər. Həmin gündən indiyə qədər hər ay ona şəxsi hesabından pul göndərir. Hər ayın 19-da Hadi müəllimin köməkçisi gətirib pulu verib gedir”.

Bunu Modern.az-a açıqlamasında Lənkərən şəhəri Kosalar kənd bələdiyyəsinin nümayəndəsi Habil Məmmədov deyib.  
O qeyd edib ki, icra başçısı Sərxan Tahirzadənin evini təmir etdirib: ".

İcra başçısı Taleh Qaraşov özü şəxsən ona pul yardımı edib. Onun evi təmir edildi. Ona rahat olması üçün hər bir şərait yaradıldı. Hətta vanna otağı aşağı mərtəbədə idi, ona rahat olsun deyə otağının yanında hamam düzəldildi. Hadi müəllim Sərxangilin evinə telefon, internet çəkdirdi. Onun rahatlığı üçün hər şey var Sərxanın "heç kim qapımı açmır” deməsi bütün edilənləri yerə vurmaq deməkdir”.  

Sərxan Tahirzadə 2014-cü ilin avqustunda cəbhədə atəşkəsin pozulması nəticəsində hər iki ayağını itirib. Əsgər müalicə almaq üçün uzun müddət TİKA-nın dəstəyilə Türkiyədə müalicə alaraq vətənə qayıdıb. Qazilər.az saytına açıqlamasında Sərxan Tahirzadə ona olan biganə münasibətdən şikayət edib.  

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM