Hindistanda qatar relsdən çıxıb, yaralılar var

21:20 | 29.08.2017
Hindistanda qatar relsdən çıxıb, yaralılar var

Hindistanda qatar relsdən çıxıb, yaralılar var

Hindistanın Maxaraştra ştatında sərnişin qatarı relsdən çıxıb.

anews.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, hadisə Tutuola şəhəri yaxınlığında qeydə alınıb.

Naqpur-Mumbay marşrutu üzrə hərəkət edən qatarın beş vaqonun relsdən çıxması nəticəsində xəsarət alanlar var. Onların dəqiq sayı hələ ki, məlum deyil.

Qatarların hərəkəti xətdə müvəqqəti olaraq dayandırılıb. Hadisənin başvermə səbəbləri müəyyənləşdirilir.      Qeyd edək ki, avqustun 19-u və 23-də Hindistanda baş verən qatar qəzalarında 23 nəfər ölüb, 140-dan çoxu yaralanıb.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb