İcra başçısı: "1000-dən artıq ev sökülməlidi"

17:09 | 12.02.2015
İcra başçısı:

İcra başçısı: "1000-dən artıq ev sökülməlidi"

Binəqədi rayonunda neft şirkətinin ərazisində inşa edilmiş evlərin sökülməsinə dair 1000-dən artıq məhkəmə qərarı var.

ANN.Az AzVision.az-a istinadən xəbər verir ki, bu barədə Binəqədi rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov bu gün rayonda 2014-cü ilin yekunlarına həsr edilmiş yığıncaqda bildirib.

İcra başçısı qeyd edib ki, sökülməsinə qərar verilən həmin evlərin əksəriyyəti 2006-2007-ci illərdə verilən sənədlər əsasında inşa edilib.

Qeyd edək ki, Binəqədi rayonunun ərazisinin 51 faizi neft şirkətinin balansındadır.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM