İcra Hakimiyyətinin binasında ölüm hadisəsi

13:00 | 20.12.2014
İcra Hakimiyyətinin binasında ölüm hadisəsi

İcra Hakimiyyətinin binasında ölüm hadisəsi

Bakı şəhər Yasamal rayon İcra Hakimiyyətinin binasında ölüm hadisəsi baş verib. Yasamal rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, rayon İcra Hakimiyyətində keçirilən iclasa qatılan 1949-cu il təvəllüdlü Allahverdi Məmmədovun vəziyyəti qəfildən pisləşib və o, dünyasını dəyişib. İlkin versiyaya əsasən A. Məmmədov ürək tutmasından keçinib.
 
A. Məmmədov Yasamal rayonundakı məktəblərdən birində müəllim işləyirmiş.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM