İcra ipləri kəsir: paltarı harada və necə qurudaq?!

15:45 | 08.10.2018
İcra ipləri kəsir: paltarı harada və necə qurudaq?!

İcra ipləri kəsir: paltarı harada və necə qurudaq?!

Bakı Şəhər İcra Hakimiyyətinin tapşırığı ilə paytaxtın küçə və prospektlərə baxan bütün mənzillərin balkonlarından paltar asmaq üçün nəzərdə tutulmuş iplər yığışdırılır. Bununla əlaqədar paytaxtın bütün rayonları üzrə icra hakimiyyətlərinə göstəriş veriləndən sonra işlər daha da sürətləndirilib.

Axar.az xəbər verir ki, xüsusilə hündürmərtəbəli binalarda balkonunu evə qatanlar indi paltarı harada qurutmaq problemi ilə üz-üzədir. Proses başlayandan paltar asmaq üçün nəzərdə tutulan ipi kəsilənlərin əksəriyyəti geyimləri evdə qurutmalı olur. Mütəxəssislər isə hesab edir ki, yaş və ya nəm geyimləri evdə qurutmaq sağlamlıq üçün olduqca zərərlidir.

Türkiyəli ürək və daxili xəstəliklər üzrə mütəxəssis Olcay Emel bildirib ki, paltarı havada qurutmaq ən doğru seçimdir:

"Quruma prosesi zamanı su buxarlanaraq atmosferə yayılır. Buna görə paltarlarımızı qapalı şərait yox, açıq havada qurutmaq məqsədəuyğundur. Bu həm paltarın uzunömürlü olması üçün önəmlidir, həm də sağlamlıq üçün”.

Həkim bildirib ki, paltarı balkonda və ya küçədən asılan ipdə qurutmağa imkanı olmayanlar bəzi qızıl qaydaları bilməlidir:

"Xüsusilə şəhər yerlərində açıq havada paltar qurutmaq mümkün olmur. Buna görə də paltar qurudulan otaqlar yaxşı havalandırılmalıdır. Amma bu otaqda qətiyyən uşaqlar və yaşlılar olmamalıdır. İkinci bir yol kimi qurutma maşınlarından istifadə etmək məsləhətdir”.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb