İki arvadlı kişiylə evlənmək üçün Kembricdən üz döndərən qadın

21:39 | 18.09.2014
İki arvadlı kişiylə evlənmək üçün Kembricdən üz döndərən qadın

İki arvadlı kişiylə evlənmək üçün Kembricdən üz döndərən qadın

İngiltərədə çox arvadlı kişilərlə bağlı yayımlanan sənədli filmdə 35 yaşlı Malayziya əsilli Nabilah Filips adlı qadının, iki arvadı olan Hasan Filipslə evlənmək üçün Kembric universitetindən vaz keçdiyi bildirilib. 

ANN.Az-ın ingilis mətbuatına istinadən xəbərinə görə, “Çox arvadlı kişilər” sənədli filminə görə, Kembric Universitetində mühəndislik üzrə doktorluq oxuyan Nabilah Filips iki arvadı olan Hasan Filipsin üçüncü arvadı olub. 

İngiltərə qanunlarına görə bir nigahdan artıq nigaha girmək qadağandır. Şəriət qanunlarına əsasən kişilər 4 dəfə evlənə bilirlər. Britaniyada 20 min nəfərin belə həyat sürdüyü məlumdur. 

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb