Siyasi ekspert Rusif Məmmədsoy bildirir ki, İkinci Qarabağ Müharibəsində Azərbaycan sadəcə Ermənistana qarşı savaş aparmayıb, Ermənistanın havadarları olan İran, Rusiya, Fransa və bu kimi erməni lobbisinin güclü olduğu digər dövlətlərlə mübarizədə olub. Onun sözlərinə görə, bundan əlavə bu proseslər məhz Donald Tramp hakimiyyətdə olduğu zaman başladı. Lakin, daha sonra hakimiyyətə qondarma erməni soyqırımının tanınmasının tərəfdarı kimi tanınan Co Bayden gəldi. Bu gəlişdən sonra Azərbaycana qarşı təzyiqlər daha da artdı.
"İkinci Qarabağ savaşında ölkələrin münasibəti fərqli idi. Ərdoğanlı Türkiyə hərtərəfli Azərbaycanın haqlı mövqeyini dəstəkləyərək bizə qarşı olan təzyiqləri dəf etdi. Ərdoğanlı Türkiyə ona görə deyirəm ki, bu proseslərdə hər lider Ərdoğan qədər qətiyyətli ola bilməzdi. Müharibə başladığı günlərdə Rusiya Müdafiə Naziri Sergey Şoyqu Bakıya səfər etdi. Azərbaycan tərəfi Rusiyaya məxsus hərbi təyyarələrin Ermənistana müxtəlif istiqamətlərdə silah daşımasına dair faktlar ortaya qoydu. Hansı ki, həmin xəritələrdə hər şey çox aydın görünürdü. Lakin, Rusiya tərəfi bunu əvvəlcə təkzib etdi və bildirdi ki,təyyarələrdə daşınan tikinti materiallarıdır. Bir müddət sonra Vladimir Putin şəxsən müsahibələrinin birində bunu açıq şəkildə dilə gətirərək dedi ki, " biz Ermənistana yardım etdik". Rusiya birmənalı şəkildə bu məsələdə hər zaman Ermənistanın maraqlarını müdafiə etdi, ATƏT-in həmsədr ölkələrindən biri olaraq münaqişənin həll edilməsi istiqamətində heç bir müsbət addım atmadı. Azərbaycan ordusu Xankəndiyə daxil olmağa hazırlaşdığı bir zamanda Rusiya faktiki olaraq bölgəyə gəldi və işğalda olan digər torpaqlarımızı azad edə bilməməyimiz üçün əlindən gələni etdi. Doğrudur, bacardığımızın maksimumunu etdik, ancaq istənilən halda bizə işimizi tamamilə bitirməyə imkan vermədilər. Hər halda əgər ölkə başçısı deyirsə ki, status məsələsi yoxdur, bu halda işğaldan azad etdiyimiz ərazilərdə ermənilərin olmadığını nəzərə alaraq digər şəhərlərin də geri qayıdacağına ümidimiz var. Çünki həmin şəhərlərdə ermənilər yaşayır və status məsələsinin olmaması da məhz həmin ərazilərə şamil olunur. Nəticə etibarilə bölgəyə Rusiya sülhməramlıları yerləşdi. Hansı ki, saylarının 1960 nəfər olması nəzərdə tutulsa da şahidi olduq ki, sayları daha da artdı. Bundan sonra Laçın dəhlizini güzəştə getdik. Məqsəd isə o idi ki, orda qalan ermənilər, quldur əlisilahlı dəstələr həmin dəhliz vasitəsilə bölgəni tərk etsin. Amma gördük ki, Rusiya nəinki həmin terrorçuları bölgədən uzaqlaşdırır, hətta təxribatlara da şərait yaradır. Yanvarda üçtərəfli bir anlaşma imzalandı. Həmin anlaşmanın müddəalarından biri də daha dəqiq desək 4-cü bəndində həmin silahlıların bölgəni tərk etməsi öz əksini tapıb. Lakin, nəticə etibarilə anlaşmanın ildönümünə az qalsa da hələlik həmin terrorçular torpağımızdadır və təxribatla məşğuldur. Bir sözlə, Rusiya öz üzərinə düşən heç bir öhdəliyi yerinə yetirmir", - deyə ekspert vurğulayır.
Onun sözlərinə görə, Qarabağ savaşında İran müharibə aparan tərəf kimi özünü aparıb. Müharibə başlamadan az öncə məlum oldu ki, Yaxın Şərq ölkələrindən terrorçular, muzdlu döyüşçülər Qarabağa gətirilir. Sepah qüvvələrinin başçılığı muzdlular dağlarla gətirilib. Xüdafərin körpüsünün yaxınlığında İran qüvvələri dayanaraq biz bu əraziləri qorumalıyıq dedi. Azərbaycan ordusu təbii olaraq ikinci cəbhə açmamaq üçün daha çətin yolla irəliləmək məcburiyyətində qaldı. Bu isə nəticə etibarilə qarşı tərəfə vaxt qazandırdı.
Ekspertin fikrincə, bundan əlavə İran savaş zamanı dayanmadan qarşı tərəfə silah və hərbi texnika daşıdı:
"Bunun qarşısını güneyli soydaşlarımız aldı. Bu İrana çox ciddi mesaj idi. Təbii ki, bu son olmadı yenə də öz xislətinə uyğun davranışlara davam etdi. İranın bu canfəşanlığı Qarabağdan sonra Güney Azərbaycan məsələsinin gündəmə gələ biləcəyindən doğur. Hizbullahın ilk baş katibi olmuş Şeyx Tüfeyli adlı hur şəxs deyib ki, mən birinci Qarabağ savaşında İrana getdim, xarici işlər naziri ( Vilayəti ) ilə görüşdüm. Onlara dedim ki, siz nəyə görə xaçpərəstlərə yardım edirsiz. O cavabında mənə dedi ki, biz ona görə Ermənistana yardım edirik ki, onlar Türkiyə və Azərbaycanın arasında yer alır və onları ayırır. Bəli, İran elə o zaman da, indi də bizə qarşı olub. Bu bizim üçün sürpriz deyil", - deyə ekspert bildirdi.
Digər ölkələrə gəldikdə isə Məmmədsoy deyir ki, Fransa da proseslərdə ofsayt vəziyyətinə düşdü. ATƏT-in həmsədr ölkələrindən biri olaraq bu Fransanı narazı saldı və dayanmadan Azərbaycan əleyhinə, Türkiyə əleyhinə fikirlər səsləndirdi. Təbii ki, bunun heç bir faydası olmadı. Təbii ki, burada sadəcə erməni lobbisinin maraqları deyil, həmçinin Qarabağ ərazisində qızıl yataqlarından bir çox ölkələrin yararlanması faktoru da rol oynadı:
"Türkiyə, Pakistan və İsrail Azərbaycanın yanında yer aldı. İngiltərə də bu proseslərdə Azərbaycana müəyyən dəstək verdi. Ukrayna da eynilə bizə mənəvi dəstəyini davam etdirdi. Lakin, faktiki olaraq Türkiyə, Azərbaycan və Pakistan, eyni zamanda İsrail tərəfdaşlığı həlledici amilə çevrildi" , - deyə ekspert qeyd etdi.
Rusiyalı politoloq, Siyasi Araşdırmalar Mərkəzinin direktoru Sergey Markov düşünür ki, Azərbaycan Prezidenti İlham Əliyev çox yaxşı diplomatik kombinasiya quraraq, Rusiya ilə Türkiyənin neytrallığını və beynəlxalq təşkilatların əksəriyyətinin bitərəfliyini təmin edə bildi.
"Bu müharibədə Azərbaycanın qələbə qazanmağının bir neçə səbəbi var. Birincisi, Azərbaycan son 20 ildə güclü iqtisadiyyat və müasir silahlarla təchiz edilmiş ordu yaradıb. Biz Rusiyada sevinirdik ki, qələbə qazanmış Azərbaycanın əsas silahı Rusiya istehsalı olan silah idi. Azərbaycan ordusunun təxminən 80%-i Rusiya silahı ilə silahlanıb. İkinci səbəb, Azərbaycan rəhbərliyinin möhkəm iradəsi idi. Azərbaycan xalqı da Qarabağı azad etmək əzmində idi. Qarabağ Azərbaycan torpağıdır və beynəlxalq ictimaiyyət də, Ermənistan da bunu etiraf edir. Döyüşdə Ermənistanın bir çox səhvi oldu. Bundan başqa Paşinyan və Robert Koçaryan səhv olaraq müharibəsiz torpaqları Azərbaycana vermədi. Bəyanat bağlayaraq, itkisiz şəkildə torpaqlar verilməli idi. Ermənistanın ikinci səhvi ondan ibarət idi ki,o, öz ordusuna kifayət qədər diqqət yetirmirdi. Məsələn, Ermənistan ordusu dronlardan istifadə etmədi. Üçüncü səhv Paşinyanın səhvi idi. O, anti-Rusiya siyasətinin tərəfdarı olan erməni siyasətçilərini vacib vəzifələrə təyin edirdi. Buna görə də Paşinyana Rusiya tərəfindən kömək gəlmədi. Ermənistanın mülki əhaliyə ağır raketlərlə zərbələr endirməsi Azərbaycanı da eyni addımlar atmasına təhrik etmək məqsədi daşıyırdı. Onlar istəyirdilər ki, Azərbaycan onlara cavab versin, Ermənistanda mülki əhaliyə silah açsın. Belə olduqda isə Ermənistan bunu bəhanə edərək Rusiyadan kömək alsın. Lakin onların bu arzusu gerçək olmadı. Hətta bundan sonra dünya ölkələri tərəfindən Azərbaycana qarşı dəstək artdı. Ümumiyyətlə, dünya ölkələri bu məsələdə həqiqəti - Qarabağın Azərbaycana aid olduğunu bilirdi. Beynəlxalq təşkilatlar bitərəf mövqe tutub.Onlar döyüşlərin dayandırılmasını istəyirdi, lakin bilirdilər ki, dayanmayacaq. Bir tərəfdən isə həmin dönəmdə öz daxili problemlərinə başları qarışmışdı, Qarabağla bağlı ciddi işlərdən kənarda idilər”, - deyə politoloq əlavə etdi.
Türkiyənin Azərbaycandakı sabiq hərbi atteşesi, ehtiyatda olan general Yücel Karauzun sözlərinə görə, Azərbaycan ordusu 2016-cı ildə Lələtəpəni azad etməklə dünyaya hərbi qabiliyyətinin yetərli səviyyəyə çatdığını və torpaqlarını azad edə biləcək gücdə olduğunu göstərdi. Ancaq o gün dünyada mövcud vəziyyət, beynəlxalq siyasət buna imkan vermədi və Lələtəpə döyüşləri 4 gün sonra dayandırılmalı oldu. Bu səbəbdən ermənilər əslində sivil xalqa qarşı törətdikləri qətliamları və terror aktlarının cəzasız qalacağını və dünyanın da bu terror aktlarına səs çıxarmayacağını düşündülər.
"Azərbaycan 1991-ci ildə müstəqilliyini qazandığı andan İkinci Qarabağ zəfərini qazandığı zamana qədər milli güc ünsürləri dediyimiz silahlı qüvvələr, iqtisadi, sosial-iqtisadi, psixoloji və mədəni güc kimi bütün ünsürlərlə 28 il boyunca problemi sülh yolu ilə, beynəlxalq hüquq çərçivəsində həll etməyə çalışsa da, Ermənistan böyük qardaşlarına, ermənipərəst qüvvələrə güvənərək yetərincə hazırlaşmadı və onların dəstəyinə arxalandı.
Azərbaycan ordusu 1991-ci ildə dünya orduları içərisində hər hansı bir sıralamaya daxil ediləcək səviyyədə belə deyildi, əsgərinin geyinəcək paltarı, silahı, gülləsi yox idi. 2020-ci ildə Azərbaycan ordusu dünyanın ən güclü ilk 50 ordusu siyahısına daxil oldu. Buna görə Azərbaycan iqtisadiyyatını genişləndirdi, ordusunu müasirləşdirdi, xalqın milli mənəvi maraqlara - bayrağa, dövlətə, vətənə - olan yüksək sevgisi artdı. Bunlar Azərbaycanın müharibədə qələbə qazanmasındakı ən vacib amillər oldu. Türkiyənin silah sistemləri olmaqla, ASELSAN, TAYEN, (türkiyə silah sənayesidi) Türkiyənin müasir silah sistemlərini inventarına daxil etdi. Sadəcə Türkiyənin yox, İsrail, Rusiya, Ukrayna, Belorusun müasir silah sistemlərini ordusunun inventarına daxil etdi. Ermənistan isə, yetəri qədər pulu və gücü olmadığı üçün sadəcə Rusiyanın qarşılıqsız şəkildə ianə etdiyi köhnə silah sistemlərini istifadə etməli oldu. Əllərindəki tək strateji silah olan İsgəndərlərdən də həm istifadə etməyə hünərləri çatmadı, həm də istifadə edə bilmədilər. Azərbaycan əsgəri vətəni, bayrağı üçün Şuşanı tapanca, bıçaqlarla azad edərkən, erməni komandirlər əsgərləri qaça bilməməsi üçün tank və toplara bağladı. Ermənistanda, İrəvanda analar övladları ölməsin deyə əsgərliyə göndərmədilər , gənclər ölkəni tərk etməli oldu, əsgərlər kütləvi şəkildə fərarilik etdil. Bir tərəf də fərarilik ruhu, digər tərəfdə də bayaq dediyim Azərbaycan əsgəri. Azərbaycanı qələbəyə aparan əsas nöqtələrdən biri də bu idi. Azərbayan Silahlı Qüvvələri, xüsusilə də Hərbi Hava Qüvvələrinin tətbiq etdiyi taktikalar, hava müdaifə sistemləri, müharibə sistemləri ilə müasir bir müharibə sahəsində tətbiq edilməli olan nadir, nümunəvi olacaq taktika və tədqiqləri sınaqdan keçirdi. Bu arada, Bayraktar TB-2lər tarix yazdı. Xüsusilə də, PUA-lar vasitəsilə düşmənin hava müdafiə sistemləri aşkar edilərək düşmən çökdürüldü. Məncə, Azərbaycanı qələbəyə aparan faktorlardan biri də düşmənin hava sistemlərinin çökdürülməsi və hava qüvvələrinin effektiv şəkildə istifadə edilməsidir. Azərbaycanın bu haqlı savaşına Türkiyə həmişə dəstək oldu", - deyə ehtiyatda olan general bildirdi.
Amerikalı politoloq, beynəlxalq münasibətlər eksperti Piter Teys düşünür ki, Avropa İttifaqı və ABŞ İkinci Qarabağ Müharibəsi zamanı Ermənistanın Azərbaycanın mülki əhalisinə qarşı raket hücumlarını açıq şəkildə pisləməməklə böyük səhvə yol verib. Gəncə və Bərdə şəhərlərində dinc əhalinin dağıdılması və öldürülməsi insanlığa qarşı cinayətdir və Vaşinqton, Brüssel və Berlin erməni faşist rejiminin törətdiyi bu vəhşiliyi pisləməli idi. Oktyabrın 5-də Ermənistanın terrorçu hökuməti tərəfindən Gəncə şəhərinin atəşə tutulması dəhşətli cinayətdir və ABŞ-ın hazırkı dövlət katibi Maykl Riçard Pompeo tərəfindən pislənilməli idi.
"Ermənistan rejiminin Azərbaycanın günahsız vətəndaşlarına qarşı dinc əhaliyə qarşı törətdiyi cinayətlərdə susmaq doğru variant deyildi. ABŞ hökumətinin Ermənistana qarşı siyasi təzyiqi və Avropa İttifaqının İrəvana qarşı iqtisadi sanksiyaları Ermənistan liderlərini Azərbaycan və Rusiya Federasiyası ilə üçtərəfli sülh sazişini pozmamağa vadar edəcək iki potensial qanuni hərəkətdir. Bundan əlavə, Türkiyə Respublikasının Bakı ilə İrəvan arasında sülhməramlı və diplomatik danışıqlar prosesində göstərdiyi böyük rol Avropa İttifaqı Mexanizmi və ABŞ Dövlət Departamenti tərəfindən dəstəklənməli, təşviq edilməli və alqışlanmalıdır. Türkiyə Aralıq dənizi və Qafqaz regionunda əsas faktordur; Türkiyə hökuməti ATƏT-in Minsk Qrupunda həmsədr kimi iştirak etməlidir və bu, mövcud reallıq əsasında transformasiya edilməlidir; hər şeydən əvvəl daha çox nəticəyönümlü olmaq və Qarabağın Azərbaycan Respublikasının idarəsi altında olarkən millətlərarası harmoniya və dialoqu təmin etməyi bacarmalıdır.
İkinci Qarabağ Müharibəsi ilə bağlı əsas dövlətlərin birmənalı reaksiyası var: 1. Ermənistanın Azərbaycanda dinc əhaliyə qarşı raket hücumları zamanı Avropa İttifaqına üzv ölkələr məsafə saxlamaq qərarına gəliblər; 2. Fransadakı erməni diasporu Ermənistan Silahlı Qüvvələrinə silah göndərmə əməliyyatları həyata keçirib; 3. Almaniya uzaqdan baxıb dayanırdı; 4. Türkiyə Cümhuriyyəti və qardaş Prezident Rəcəb Tayyib Ərdoğan hökuməti ilk dəqiqələrdən və ilk saatlardan bəyanatlar verərək, Türkiyənin Azərbaycanın yanında olduğunu söylədi (Bu, böyük mənəvi və siyasi əhəmiyyət kəsb edirdi); 5. Amerika Birləşmiş Ştatları bütün Müharibə dövründə susmuşdu və bu, ABŞ Xarici Siyasətinin susmaqda və Ermənistan rejimini yaşayış məhəllələrinə qarşı "Smerç” raketlərinin atılmasını dayandırmağa çağırmamaqda etdiyi böyük səhv idi. Ermənistan Azərbaycana baton mina xəritələrini verməli idi. Təkcə Füzuli Beynəlxalq Aeroportunun quru sahəsi və ərazisində cənab Ümid Mirzəyevin rəhbərliyi ilə Beynəlxalq Avrasiya Mətbuat Fondunun mina əleyhinə milli ekspertləri tərəfindən 1100-dən çox mina zərərsizləşdirilərək yerdən çıxarılıb.Digər ərazilərin təmizlənməsi vaxt alacaq, amma əlbəttə bütün ərazilər təmizlənəcək. Lakin düzgün olanı Ermənistanın xəritələri təqdim etməsidir. Azərbaycan Prezidenti İlham Əliyevin uzaqgörən siyasəti müharibənin müqəddaratını əvvəldən bəlli edirdi”, - deyə Piter Tets məlumat verdi.
2020-ci ilin noyabrın 10-da Azərbaycan və Ermənistan Rusiyanın vasitəçiliyi ilə müəyyən öhdəliklərin əks olunduğu atəşkəs sazişini imzalayarkən Kəlbəcər, Laçın və Ağdamın qansız-qadasız geri qaytarılması, bölgəyə bu razılıq nəticəsində rus sülhməramlılarının gəlməsi, atəşkəsə nəzarət edəcək Rus-Türk Mərkəzinin qurulması iki ölkə arasında nəhayət ki, savaşa son veriləcəyi və sülh sazişinin imzalanacağı ümidlərini cücərtdi.
Amma keçən bir il ərzində nəinki sülh sazişi imzalana bilib, 10 noyabr bəyanatında nəzərdə tutulan nəqliyyat kommunikasiyalarının açılması da baş verməyib, əksinə, tərəflər arasındakı münaqişə sərhəddə mütəmadi müşahidə edilən gərginliyə çevrilib. Ötən bir ildə Ermənistan təxminən 11 dəfə atəşkəsi pozub, həmçinin, hələ də mina xəritələrini Azərbaycana verməyib.
Bəzi təhlilçilərə görə, hələlik nəzərdə tutulan bu gözləntilərin heç biri reallaşmasa da, 44 günlük müharibədən sonra regionda qüvvələr nisbəti və status-kvo dəyişib, yeni əməkdaşlıq perspektivləri yaranıb. Bəzi şərhçilər isə hesab edirlər ki, əksinə, İkinci Qarabağ müharibəsi Rusiyanın Cənubi Qafqazda möhkəmlənməsinə gətirib çıxarıb.
Amma keçən bir il ərzində nəinki sülh sazişi imzalana bilib, 10 noyabr bəyanatında nəzərdə tutulan nəqliyyat kommunikasiyalarının açılması da baş verməyib, əksinə, tərəflər arasındakı münaqişə sərhəddə mütəmadi müşahidə edilən gərginliyə çevrilib. Ötən bir ildə Ermənistan təxminən 11 dəfə atəşkəsi pozub, həmçinin, hələ də mina xəritələrini Azərbaycana verməyib.
Bəzi təhlilçilərə görə, hələlik nəzərdə tutulan bu gözləntilərin heç biri reallaşmasa da, 44 günlük müharibədən sonra regionda qüvvələr nisbəti və status-kvo dəyişib, yeni əməkdaşlıq perspektivləri yaranıb. Bəzi şərhçilər isə hesab edirlər ki, əksinə, İkinci Qarabağ müharibəsi Rusiyanın Cənubi Qafqazda möhkəmlənməsinə gətirib çıxarıb.
Gürcüstanlı siyasi təhlilçi Tengiz Pxaladze-nin fikrincə, regionda yeni status-kvo əmələ gəlib.
"Keçmiş DQMV-nin ərazisinin üçdə ikisi Azərbaycanın nəzarəti xaricindədir. Odur ki, Qarabağ probleminin həll olunduğunu demək mümkün olmur", - Pxaladze deyib.
Bu baxımdan o, Ermənistanla Azərbaycan arasında hazırkı durumu "kövrək atəşkəs" kimi səciyyələndirib.
Tengiz Pxaladze Gürcüstanın Azərbaycan və Ermənistan arasında vasitəçilik edə və onların arasında danışıqlar üçün neytral meydança ola biləcəyini düşünür. O, rus sülhməramlılarının Qarabağda olmasını onların bu bölgəyə "qanuni şəkildə yerləşdirilməsi" adlandırır.
"Keçmiş DQMV-nin ərazisinin üçdə ikisi Azərbaycanın nəzarəti xaricindədir. Odur ki, Qarabağ probleminin həll olunduğunu demək mümkün olmur", - Pxaladze deyib.
Bu baxımdan o, Ermənistanla Azərbaycan arasında hazırkı durumu "kövrək atəşkəs" kimi səciyyələndirib.
Tengiz Pxaladze Gürcüstanın Azərbaycan və Ermənistan arasında vasitəçilik edə və onların arasında danışıqlar üçün neytral meydança ola biləcəyini düşünür. O, rus sülhməramlılarının Qarabağda olmasını onların bu bölgəyə "qanuni şəkildə yerləşdirilməsi" adlandırır.
"İkinci Qarabağ müharibəsinədək Azərbaycan regionun ərazisində Rusiyanın hərbi mövcudiyyəti olmayan yeganə dövləti idi. İndi isə Rusiya həm Azərbaycanda, həm də Ermənistanda öz mövqelərini gücləndirib", - gürcüstanlı politoloq hesab edir.
Rus sülhməramlıları hazırda Ermənistanla Xankəndini birləşdirən Laçın koridoruna və Dağlıq Qarabağda etnik ermənilərin yaşadığı ərazilərdə təhlükəsizliyə nəzarət edirlər.
Ermənistanlı politoloq Aleksandr Markarov hesab edir ki, rusiyalı sülhməramlıların mövcudluğu hərbi əməliyyatların bərpa olunmayacağının qarantiyasıdır.
"Azərbaycan isə bəyan edir ki, Rusiya sülhməramlıları Qarabağda müvvəqqətidir və 5 ildən sonra onların mandatı uzadılmaya bilər. Yəni müharibə status-kvonu dəyişib, lakin problem həll olunmayıb", - Markarov vurğulayıb.
Anews.az İkinci Qarabağ müharibəsi zamanı ölkələrin beynəlxalq reaksiyaları barədə məlumatı təqdim edir:
Türkiyə - "Erməni xalqını onları fəlakətə aparan hökumətlərinə və onları bir kukla kimi oynadanlara qarşı çıxmağa, gələcəklərinə sahib çıxmağa dəvət edirəm. Bütün dünyaya işğala və zülmə qarşı verdikləri mübarizədə Azərbaycanın yanında olmağa çağırıram. 30 ilə yaxındır məsələyə etinasız yanaşan ATƏT-in Minsk qrupunun həmsədr ölkələri həll üçün fəaliyyətdən, təəssüf ki, çox uzaqdır. Ermənistan bölgədə sülh və sabitliyin önündəki ən böyük təhdid olduğunu növbəti dəfə göstərib. Türk milləti hər zaman olduğu kimi bu gün də bütün imkanları ilə azərbaycanlı qardaşlarımızın yanındadır", - deyə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan öz çıxışında vurğulayıb.
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu, həmçinin Ədalət və İnkişaf Partiyası (AKP) sədrinin müavini Numan Kurtulmuş Azərbaycanın Ankaradakı səfirliyini ziyarət ediblər. onlar Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahimlə görüşüblər. Nazir səfirlikdəki çıxışında deyib:
"Bu problemin həlli çox sadədir. Bunun üçün Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarından çıxmalıdır”, - deyə nazir deyib.
Türkiyənin Müdafiə naziri Hulusi Akar ölkəsinin Azərbaycanın tərəfində olduğunu bildirib və Ermənistanın mövqeyinin Qafqazda sülh və sabitliyin ən böyük əngəli olduğunu vurğulayıb.
Türkiyə Cümhuriyyəti İkinci Qarabağ müharibəsində birmənalı şəkildə Azərbaycanın yanında olduğunu sözdə və əməldə nümayiş etdirdi.
Böyük Britaniya - İkinci Qarabağ müharibəsi dövründə Azərbaycanın haqlı mövqeyini müdafiə edərək, onun ərazi bütövlüyünü dəstəkləmişdir. BMT TŞ-də Ermənistan-Azərbaycan münaqişəsi ilə əlaqədar Təhlükəsizlik Şurasının sədri adından hazırlanan və Azərbaycanın əleyhinə olan bəyanat layihəsi BMT TŞ-nin daimi üzvü olan Böyük Britaniyanın vetosu ilə qəbul edilməyib.
Amerika Birləşmiş Ştatları (ABŞ) - ABŞ Dövlət katibinin birinci müavini Stiven Biqan Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramov və Ermənistan Xarici İşlər naziri Zöhrab Mnatsakanyanla əlaqə saxlayaraq hər iki tərəfi dərhal hərbi əməliyyatları dayandırmağa, vəziyyəti daha da gərginləşməmək üçün aralarındakı mövcud birbaşa rabitə əlaqələrindən istifadə etməyə və regiondakı gərginliyi daha da artıran ritorika və hərəkətlərdən uzaq olmağa çağırıb.
ATƏT-in Minsk qrupunun amerikalı sabiq həmsədri Riçard Hoqland: "Beynəlxalq hüquqa görə, Ermənistan başqa bir suveren dövlət olan Azərbaycanın suveren ərazisinə soxulub və işğal edib". O qeyd edib ki, ABŞ-ın əsas siyasəti bütün millətlərin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü dəstəkləmək və qorumaqdır.
Rusiya - Rusiya prezidenti Vladimir Putin çıxışlarında dəfələrlə vurğulayıb ki, "Ermənistan KTMT çərçivəsində müttəfiqdir, amma Dağlıq Qarabağ Ermənistana aid deyil, odur ki, Qarabağ ərazisindəki hərbi əməliyyatlarla bağlı Rusiya vasitəçilikdən savayı, hər hansı öhdəlik daşımır".Rusiya Xarici İşlər Nazirliyi Dağlıq Qarabağ münaqişəsinin tərəflərini dərhal atəşi dayandırmağa çağırıb. 44 günlük müharibə dövründə Rusiyadan Ermənistana daşınan silah-sursat və hərbi texnikanın sayının artırılması ilə bağlı məlumatlar yayılmışdır. Məlumatlara görə, silah-sursat və hərbi texnika Gürcüstan tərəfindən hərbi yüklərin onun ərazisindən daşınmasına qoyulan qadağa ilə əlaqədar olaraq Qazaxıstan - Türkmənistan – İran hava yolu marşurutu üzrə daşınmışdır. Rusiya tərəfi dəfələrlə rəsmi olaraq daşınan yüklərin silah-sursat və hərbi texnika deyil, Ermənistandakı Rusiya hərbi bazasının ehtiyacları üçün tikinti materialı olduğunu bildirib.
İtaliya - İkinci Qarabağ müharibəsi dövründə Azərbaycanın haqlı mövqeyini müdafiə edərək, onun ərazi bütövlüyünü dəstəkləmişdir. İtaliyanın Kampobasso əyalətinin Sepino və San Culiano del Sannio bələdiyyələri, Milan əyalətinin Korbetta şəhər Bələdiyyə Şurası Ermənistanın Azərbaycana qarşı təcavüz, etnik təmizləmə, soyqırımı siyasətini pisləyən və Azərbaycan xalqı ilə həmrəylik nümayiş etdirən sənədlər qəbul edib.
Fransa - Fransa İrəvan və Bakını hərbi əməliyyatları dərhal dayandırmağa və danışıqları yenidən başlamağa çağırıb. Fransa Xarici İşlər Nazirliyinin sözçüsü etdiyi açıqlamada "Fransa qarşıdurmadan son dərəcə narahatdır" ifadəsini işlədib.
Fransa Azərbaycan - Ermənistan arasında baş verən münaqişədə işğalçı Ermənistanı dəstəkləmişdir. Fransanın Prezidenti Emmanuel Makronun sentyabrın 30-da Ermənistan və Azərbaycan arasında baş verən münaqişə ilə bağlı bəyanatı, bu münaqişəli məsələnin həll edilməsi üçün yaradılan Minsk Qrupu həmsədri kimi ölkənin vasitəçilik missiyası ilə uyğun gəlmir və bu missiyanı şübhə altına alır. Fransa Respublikası Senatının 2020-ci il noyabrın 25-də qəbul etdiyi "Dağlıq Qarabağ respublikası”nın tanınmasına dair qətnamə layihəsi haqlı olaraq Azərbaycanın etirazına səbəb olub.
Gürcüstan - Prezident Salome Zurabişvili tərəfləri barışığa çağırmış, bölgədə sülh və əminamanlığın qorunmasını dəstəklədiyini bildirmişdir. Gürcüstan Respublikasının 3-cü Prezidenti Mixeil Saakaşvili öz Facebook səhifəsində "Mənim mövqeyim ərazi bütövlüyü prisipinə əsaslanır, yəni Dağlıq Qarabağ Azərbaycan Respublikasının suveren ərazisidir və heç bir şey onu dəyişdirməyəcəyi" fikrini ifadə etmişdir. Gürcüstan 44 günlük müharibə dövründə onun ərazisindən və hava məkanından istifadə olunaraq Ermənistana hərbi yüklərin daşınmasına qadağa qoyub.
Serbiya - 44 günlük müharibədən əvvəl və müharibə dövründə Serbiyanın Ermənistana silah satması haqqında təkzibolunmaz məlumatlar əldə olunmuşdur. Bu isə Azərbaycanın narazılığına səbəb olub və bu ölkəyə etiraz bildirilib.
Yunanıstan - 44 günlük müharibə dövründə dolayısıilə Ermənistanı dəstəkləyib.
Almaniya - Almaniya Xarici İşlər naziri Hayko Maas Ermənistan və Azərbaycan detallı danışıqların lehinə güc tətbiqindən dərhal imtina etməli deyib və münaqişənin hər iki tərəfini dərhal bütün hərbi əməliyyatların dayandırılmasına çağırmışdır. Həmçinin kənd və qəsəbələrin atəşə tutulmasından da olduqca narahat olduğunu bildirib.
İran - İran Xarici İşlər nazirinin sözçüsü Səid Xətibzadə, İranın hərbi toqquşmaları diqqətlə izlədiyini, Tehranın Azərbaycan və Ermənistan arasında atəşkəs əldə olunması üçün vasitəçilik etməyə hazır olduğunu bildirib. Müharibə gedişində İran ərazisindən Ermənistana hərbi yüklərin daşınması haqqında yayılan məlumatları İran rəsmiləri təkzib etmişdir. İran öz hava məkanını və quru yollarını Ermənistana silahların daşınmaması üçün bağladı. İranın müxtəlif şəhərlərində Azərbayacanın qələbələrinə dəstək aksiyaları da diqqəti cəlb edirdi. Şuşanın azad edilməsi və Azərbaycanın İranla sərhədi nəzarətə götürməsi Təbriz, Ərdəbil və digər şəhərlərdə xüsusi sevinclə qarşılandı. İran sərhədindən Azərbaycan ordusunun işğalçılara zərbələr endirilməsinin Arazın o biri tayından izlənilməsinə dair görüntülər internetdə xeyli izləndi.
Pakistan - Pakistan Xarici İşlər Nazirliyi: Ermənistan vəziyyətin daha da gərginləşməməsi üçün hərbi əməliyyatını dayandırmalıdır. Azərbaycanın Dağlıq Qarabağla bağlı mövqeyini dəstəkləyirik və bu, yekdilliklə qəbul edilmiş BMT Təhlükəsizlik Şurasının qərarlarına uyğundur. Pakistan 44 günlük müharibə dövründə Azərbaycanın yanında olduğunu açıq nümayiş etdirdi.
Qazaxıstan - Qazaxıstan Xarici İşlər Nazirliyi: Vəziyyəti sabitləşdirmək, güc tətbiqindən imtina etmək və danışıqlara başlamaq üçün bütün tədbirləri görməyə çağıraraq, münaqişənin beynəlxalq təşkilatlar platformasında sülh yolu ilə həll olunmasına köməyini təklif etdiyini bildirib.
Əfqanıstan - Əfqanıstanın Xarici İşlər Nazirliyi Dağlıq Qarabağ bölgəsindəki gərginliklə bağlı bəyanat yayıb. "Dağlıq Qarabağ bölgəsi beynəlxalq səviyyədə Azərbaycanın bir hissəsi kimi tanınıb. Əfqanıstan, Dağlıq Qarabağdakı işğala son qoyulmasını tələb edir ", - deyə XİN-in bəyanatında vurğulanıb.
Bosniya və Herseqovina - Bosniya və Herseqovinanın Rəyasət Heyətinin boşnak üzvü Şefik Djaferoviç və Demokratik Fəaliyyət Partiyasının lideri Bakir İzetbegoviç, Azərbaycana dəstək verdiklərini, Ermənistanı qınadıqlarını və vəziyyəti 1992–1995-ci illər arasında Bosniya müharibəsi ilə müqayisə etdiklərini söylədi.
İsrail - Yisrael Beiteinu partiyasının lideri, ölkənin keçmiş xarici işlər və müdafiə naziri Aviqdor Liberman yerli "Vesti" nəşrinə açıqlamasında Dağlıq Qarabağın Azərbaycan torpağı olduğunu xatırladıb: "Elə buna görə də BMT üzvü olan heç bir dövlət, o cümlədən Ermənistanın özü də Dağlıq Qarabağı suveren qurum kimi tanımayıb. Tarixi gerçəklik, beynəlxalq hüquq, İsrail dövlətinin mənafeyi baxımdan bizim mövqeyimiz tamamilə birmənalıdır. Biz Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və bu ərazi bütövlüyü bərpa olunmadan regionda məsələnin həllinin mümkün olmadığını düşünürük. Azərbaycanın ərazi bütövlüyü tarixi, beynəlxalq, milli mənafe baxımdan İsrailin rəsmi mövqeyidir", - deyə bildirib.
Macarıstan - Macarıstan Xarici İşlər və Ticarət Nazirliyinin verdiyi bəyanatda qeyd olunur ki, Dağlıq Qarabağ Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində yerləşir
Anews.az Beynəlxalq təşkilatların münasibətini təqdim edir:
Avropa İttifaqı - Avropa İttifaqı Dağlıq Qarabağ münaqişəsi tərəflərini döyüş əməliyyatlarını dayandırmağa, gərginliyi azaltmağa və atəşkəsə ciddi əməl etməyə çağırıb. Həmçinin, Avropa İttifaqı Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali nümayəndəsi Cozef Borrellin bəyanatında ATƏT-in Minsk qrupu həmsədrlərinin rəhbərliyi altında Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə heç bir ilkin şərt qoyulmadan danışıqlara dərhal qayıtmağın zəruriliyi vurğulanmışdır. Ümumiyyətlə, Avropa qurumları münaqişəyə münasibətdə ikili standartlar nümayiş etdirmiş, Azərbaycanın beynəlxalq hüquqda təsbit olunan ərazi bütövlüyünü bərpa etmək hüququnu real olaraq dəstəkləməyib.
Birləşmiş Millət Təşkilatı (BMT) - BMT Baş katibi Antoniu Quterreş "hər iki tərəf dərhal döyüşləri dayandırmalı, gərginliyi azaltmalı və təxirə salınmadan mənalı danışıqlara qayıtmalıdır" sözləri ilə çıxış edib. Təşkilat 29 sentyabrda vəziyyətlə bağlı qapalı formada təcili müzakirə aparacağını açıqlayıb.
Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) - ATƏT hər iki tərəfi hərbi əməliyyatları dayandırmağa və danışıqlara qayıtmağa çağırdı.
Türk Şurası - Türk Şurasının Baş katibi Bağdad Amreyev Azərbaycan Respublikasının işğal olunmuş ərazilərindəki hərbi qarşıdurmadan dərin narahatlığını bildirdi. Türk Şurası, Azərbaycanın ərazi bütövlüyünə və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığını qorumağa çağırdı və Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş bütün ərazilərindən dərhal, qeyd-şərtsiz və tam çıxarılmasını tələb etdi.
Azərbaycan və Ermənistan 10 noyabr bəyanatını imzalayarkən nəqliyyat kommunikasiyalarının açılmasına razılaşsa da, bir ilə yaxındır ki, iki dövlət bu məsələdə ortaq məxrəcə gələ bilmir.
Rusiyalı politoloq, tarixçi Oleq Kuznetsov bunun 10 noyabr razılaşmasının "əsas təməl daşı" olduğunu və Cənubi Qafqazdakı geosiyasət üçün "prinsipial olaraq ən vacib məsələyə" çevrildiyini deyir.
"Həmin bənddə Ermənistan ərazisi üzərindən, Zəngəzurdan keçəcək və Azərbaycanı Naxçıvanla və daha sonra Türkiyə və İranla birləşdirəcək nəqliyyat dəhlizinin açılması da nəzərdə tutulub",- o deyir.
Onun sözlərinə görə, "Zəngəzur nəqliyyat dəhlizinin açılmasında bu gün daha çox Moskvanın marağı ola bilər" və bu vəziyyət İkinci Qarabağ müharibəsindən sonra Cənubi Qafqazda "qüvvələr nisbətinin dəyişməsi nəticəsində Rusiya-Ermənistan münasibətlərinin yeni modelindən irəli gəlir : "Ötən ilki məğlubiyyətindən sonra Ermənistan Moskva üçün bu regionda əlavə xərclər tələb edən bir "geosiyasi əngələ" çevrilib.Bu xərcləri qarşılamaq üçün Moskva regionda nəqliyyat və iqtisadi kommunikasiyaların açılmasında maraqlıdır”,- deyə Kusnetsov hesab edir.
Rusiyalı politoloq, tarixçi Oleq Kuznetsov bunun 10 noyabr razılaşmasının "əsas təməl daşı" olduğunu və Cənubi Qafqazdakı geosiyasət üçün "prinsipial olaraq ən vacib məsələyə" çevrildiyini deyir.
"Həmin bənddə Ermənistan ərazisi üzərindən, Zəngəzurdan keçəcək və Azərbaycanı Naxçıvanla və daha sonra Türkiyə və İranla birləşdirəcək nəqliyyat dəhlizinin açılması da nəzərdə tutulub",- o deyir.
Onun sözlərinə görə, "Zəngəzur nəqliyyat dəhlizinin açılmasında bu gün daha çox Moskvanın marağı ola bilər" və bu vəziyyət İkinci Qarabağ müharibəsindən sonra Cənubi Qafqazda "qüvvələr nisbətinin dəyişməsi nəticəsində Rusiya-Ermənistan münasibətlərinin yeni modelindən irəli gəlir : "Ötən ilki məğlubiyyətindən sonra Ermənistan Moskva üçün bu regionda əlavə xərclər tələb edən bir "geosiyasi əngələ" çevrilib.Bu xərcləri qarşılamaq üçün Moskva regionda nəqliyyat və iqtisadi kommunikasiyaların açılmasında maraqlıdır”,- deyə Kusnetsov hesab edir.
Azərbaycan və Ermənistanın birgə yaşayış məsələsində də fikirlər fərqlidir.
Siyasi ekspert Rusif Məmmədsoyun sözlərinə görə, hazırda ermənilərlə birgə yaşayışı düşünmək üçün tezdir:
"İllərlə düşmən olmuşuq, insanlarımız onlar tərəfindən amansızlıqla qətlə yetirilib. Biz bunu belə unuda bilmərik. Nə də ermənilər bizimlə birgə yaşamaq istəməzlər. Təsadüfi deyil ki, Ermənistanın çox məşhur əmlak agentliklərindən birinin verdiyi xəbərə görə artıq Zəngəzurun sərhədyanı ərazilərində yaşayan ermənilər evlərini dəyər-dəyməzinə sataraq ölkəni tərk etməyə başlayıblar. Hətta maraqlı bir statistikanı diqqətinizə çatdırım ki, hazırda ermənilərin Rusiyada leqal qeydiyyatında 11% artım müşahidə edilib. Bu isə tarixi rekorddur. Eyni zamanda Ermənistanda demoqrafik böhran da özünü göstərir. Ölkənin gənc təbəqəsi qərbə üz tutur. Əhalisi 2.000000 dan bir qədər çoxdur. Lakin, Qarabağda ermənilərin azalmasında maraqlı olmayan tərəflər də var. Rusiya və İran kimi. İran durmadan Gorus-Qafan yolu vasitəsilə Xankəndiyə " humanitar yardım " adı ilə yük daşıyırdı. Bunun qarşısını aldıq. Rusiyaya məxsus İL-76 təyyarəsi də İrəvana enib Xankəndiyə yardım daşıdığını deyir. Lakin, bunun üçün " Kamaz " markalı yük maşını da kifayət edər. Hərbi təyyarəyə ehtiyac yoxdur. Yəni, ermənilərlə birgəyaşayış hələ ki, mümkün deyil. İstənilən halda bir neçə gün ərzində Moskvada üçtərəfli bir görüş gözlənilir. Görüş zamanı delimitasiya və demarkasiya proseslərinə start veriləcəyi, ən azından bu barədə müzakirələrin gedəcəyi qeyd edilir. Zəngəzur dəhlizinin açılmasına isə kimsənin şübhəsi yoxdur. Bu proseslər eyni zamanda bir şeyi də bütün dünyaya göstərdi ki, Milli məsələlərdə xalq, hakimiyyət və ordu bir yumruq kimi birləşir. Allah bizə bu zəfəri qazandıran Şəhidlərimizə rəhmət eləsin”, - deyə siyasi ekspert əlavə etdi.
Rusiyalı politoloq Sergey Markov fikirləşir ki, erməni və azərbaycanlıların birgə yaşayışını təşkil etmək üçün əvvəlcə düzgün əlaqələrin qurulması lazımdır:
"Paşinyan məğlubiyyətini qəbul edərək Qarabağ ərazilərini və ətrafdaki rayonların 30% - ni verməyə razılaşdı. 2020-ci ilin 10 noyabrında Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistan Respublikasının Baş Naziri Nikol Paşinyan və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin tərəfindən üçtərəfli atəşkəs bəyanatı imzalandı. Dünyadakı ən yaxşı bəyanatlardan biri hesab edə bilərik. Azərbaycan və Ermənilərin birgə yaşayışı da mövcud ola bilər. Lakin, hər iki tərəf təhlükəsiz şəraitdə yaşayacağına əmin olmalıdır”,- deyə Sergey Markov söylədi.
"İllərlə düşmən olmuşuq, insanlarımız onlar tərəfindən amansızlıqla qətlə yetirilib. Biz bunu belə unuda bilmərik. Nə də ermənilər bizimlə birgə yaşamaq istəməzlər. Təsadüfi deyil ki, Ermənistanın çox məşhur əmlak agentliklərindən birinin verdiyi xəbərə görə artıq Zəngəzurun sərhədyanı ərazilərində yaşayan ermənilər evlərini dəyər-dəyməzinə sataraq ölkəni tərk etməyə başlayıblar. Hətta maraqlı bir statistikanı diqqətinizə çatdırım ki, hazırda ermənilərin Rusiyada leqal qeydiyyatında 11% artım müşahidə edilib. Bu isə tarixi rekorddur. Eyni zamanda Ermənistanda demoqrafik böhran da özünü göstərir. Ölkənin gənc təbəqəsi qərbə üz tutur. Əhalisi 2.000000 dan bir qədər çoxdur. Lakin, Qarabağda ermənilərin azalmasında maraqlı olmayan tərəflər də var. Rusiya və İran kimi. İran durmadan Gorus-Qafan yolu vasitəsilə Xankəndiyə " humanitar yardım " adı ilə yük daşıyırdı. Bunun qarşısını aldıq. Rusiyaya məxsus İL-76 təyyarəsi də İrəvana enib Xankəndiyə yardım daşıdığını deyir. Lakin, bunun üçün " Kamaz " markalı yük maşını da kifayət edər. Hərbi təyyarəyə ehtiyac yoxdur. Yəni, ermənilərlə birgəyaşayış hələ ki, mümkün deyil. İstənilən halda bir neçə gün ərzində Moskvada üçtərəfli bir görüş gözlənilir. Görüş zamanı delimitasiya və demarkasiya proseslərinə start veriləcəyi, ən azından bu barədə müzakirələrin gedəcəyi qeyd edilir. Zəngəzur dəhlizinin açılmasına isə kimsənin şübhəsi yoxdur. Bu proseslər eyni zamanda bir şeyi də bütün dünyaya göstərdi ki, Milli məsələlərdə xalq, hakimiyyət və ordu bir yumruq kimi birləşir. Allah bizə bu zəfəri qazandıran Şəhidlərimizə rəhmət eləsin”, - deyə siyasi ekspert əlavə etdi.
Rusiyalı politoloq Sergey Markov fikirləşir ki, erməni və azərbaycanlıların birgə yaşayışını təşkil etmək üçün əvvəlcə düzgün əlaqələrin qurulması lazımdır:
"Paşinyan məğlubiyyətini qəbul edərək Qarabağ ərazilərini və ətrafdaki rayonların 30% - ni verməyə razılaşdı. 2020-ci ilin 10 noyabrında Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistan Respublikasının Baş Naziri Nikol Paşinyan və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin tərəfindən üçtərəfli atəşkəs bəyanatı imzalandı. Dünyadakı ən yaxşı bəyanatlardan biri hesab edə bilərik. Azərbaycan və Ermənilərin birgə yaşayışı da mövcud ola bilər. Lakin, hər iki tərəf təhlükəsiz şəraitdə yaşayacağına əmin olmalıdır”,- deyə Sergey Markov söylədi.
Türkiyənin Azərbaycandakı sabiq hərbi atteşesi, ehtiyatda olan general Yücel Karauz birgə yaşayışın, əsasən, Ermənistandan asılı olduğunu düşünür:
"Ermənistan atəşkəs sazişi çərçivəsində öz öhdəliklərini düzgün yerinə yetirərsə sülh anlaşması imzalanar. Yalnız bundan sonra iki ölkənin vətəndaşlarının birgə yaşayışı mümkün ola bilər. Ermənistan keçmişdə törətdiyi terror aktlarını, təxribatları qəbul etməli və cəzasını ödəməlidir. Əks-təqdirdə birgə yaşayış alınmayacaq. Çünki verdikləri sözləri tutmasalar, etdikləri əməllərin səhv olduqlarını qəbul etməsələr azərbaycanlılarla birlikdə yaşamaq şanslrını itirəcəklər. Tarixə nəzər salsaq görərik ki, onların törətdikləri terrorlar yalnız 2020-ci ilə aid deyil. İllər boyunca milk əhaliyə qarşı terror aktları törədiblər. Həmçinin, bəyanatın şərtlərini pozdularının da şahidi olduq. Bununda səbəbi özlərinə zaman qazanaraq güclənmək istəkləri, eləcə də Ermənistanı kənardan idarə edən dövlətlərin tapşırıqları əsasında baş verənlərdir. Bu hallar təkrarlandıqca birgə yaşayışın gerçək olacağı tarix uzaq görünür”, - deyə türkiyəli ekspert əlavə etdi.
Azərbaycan noyabrın 8-də İkinci Qarabağ müharibəsində qalibiyyətinin ildönümünü Zəfər bayramı ilə qeyd etdi.
Bu ərəfədə rəsmi Bakı Ermənistanla sülh sazişinə dair danışıqlara başlamağa hazır olduğunu bir daha bəyan edib. Bunu sentyabrın 24-də BMT Baş Assambleyası qarşısında etdiyi çıxışında Prezident Əliyev bildirib.
"Münaqişə başa çatdığından Azərbaycan Ermənistanla sərhədlərin delimitasiyası və demarkasiyası, bir-birinin suverenliyi və ərazi bütövlüyünün qarşılıqlı şəkildə tanınması prinsipi əsasında sülh sazişi üzrə danışıqlara başlamağa hazır olduğunu artıq bəyan edib. Belə bir saziş regionumuzu sülh və əməkdaşlıq regionuna çevirə bilər", - İlham Əliyev deyib.
Bundan bir neçə gün əvvəl isə Türkiyə Prezidenti Recep Tayyip Erdoğan bildirib ki, Ermənistan "müəyyən addımlar" atarsa, Türkiyə "danışıqlar aparmağa hazırdı".
Rəsmi Yerevan hesab edir ki, "iş səmərəli aparılacağı təqdirdə" Ermənistan yüksək və ali səviyyələrdə görüşlərə də hazır olacaq.
Bu ərəfədə rəsmi Bakı Ermənistanla sülh sazişinə dair danışıqlara başlamağa hazır olduğunu bir daha bəyan edib. Bunu sentyabrın 24-də BMT Baş Assambleyası qarşısında etdiyi çıxışında Prezident Əliyev bildirib.
"Münaqişə başa çatdığından Azərbaycan Ermənistanla sərhədlərin delimitasiyası və demarkasiyası, bir-birinin suverenliyi və ərazi bütövlüyünün qarşılıqlı şəkildə tanınması prinsipi əsasında sülh sazişi üzrə danışıqlara başlamağa hazır olduğunu artıq bəyan edib. Belə bir saziş regionumuzu sülh və əməkdaşlıq regionuna çevirə bilər", - İlham Əliyev deyib.
Bundan bir neçə gün əvvəl isə Türkiyə Prezidenti Recep Tayyip Erdoğan bildirib ki, Ermənistan "müəyyən addımlar" atarsa, Türkiyə "danışıqlar aparmağa hazırdı".
Rəsmi Yerevan hesab edir ki, "iş səmərəli aparılacağı təqdirdə" Ermənistan yüksək və ali səviyyələrdə görüşlərə də hazır olacaq.
İSTİQAMƏT: 6.3.5. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük "Vətən Müharibəsi”ndə
qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə
cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə
çatdırılması
QEYD: Yazı Medianın İnkişaf Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.
Ləman Qasımova
Şəfiqə Sultanzadə
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !