İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul etdi

14:18 | 16.04.2014
İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul etdi

İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul etdi

Azərbaycan prezidenti İlham Əliyev Monteneqro parlamentinin sədri, ATƏT Parlament Assambleyasının prezidenti Ranko Krivokapiçin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.APA-nın məlumatına görə, R.Krivokapiç ATƏT Parlament Assambleyasının son dövrdəki fəaliyyəti barədə Azərbaycan prezidentinə məlumat verib. ATƏT Parlament Assambleyasının illik sessiyasının Azərbaycanda keçirilməsinin əhəmiyyətini vurğulayan qonaq bunu əməkdaşlığımızın yeni mərhələsi kimi dəyərləndirib. R.Krivokapiç ATƏT-in Azərbaycanla əməkdaşlığı müxtəlif istiqamətlərdə inkişaf etdirməkdə maraqlı olduğunu deyib. Azərbaycan prezidenti isə ATƏT-in Bakı ofisinin yeni statusda fəaliyyətə başlamasının əməkdaşlığımızın genişləndirilməsi işinə töhfə verəcəyinə ümidvar olduğunu bildirib. Regiondakı vəziyyətə toxunan prezident İlham Əliyev Ermənistanın Azərbaycana təcavüzü nəticəsində ölkəmizin ərazi bütövlüyünün pozulduğunu və bununla bağlı Azərbaycanın ikili standartlarla üzləşdiyini təəssüflə qeyd edib. Görüşdə beynəlxalq və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb