Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Gürcüstanın Baş naziri kimi fəaliyyətə başlaması münasibətilə İrakli Qaribaşviliyə təbrik məktubu göndərib.
Anews.az xəbər verir ki, təbrik məktubunda deyilir: "Azərbaycan ilə Gürcüstanı dərin tarixi kökləri olan ənənəvi dostluq və mehriban qonşuluq münasibətləri birləşdirir. İnanıram ki, sıx tellər ilə biri-birinə bağlı olan xalqlarımızın iradəsinə uyğun olaraq ölkələrimiz arasındakı səmərəli əməkdaşlıq və strateji tərəfdaşlıq münasibətləri bundan sonra da dinamik şəkildə inkişaf edəcək və genişlənəcəkdir”.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !