• $ 1.7
  • € 1.9814
  • ₽ 0.022222
  • ₺ 0.0399
  • £ 2.2681

İlham Əliyev Kler Şortu qəbul etdi

İlham Əliyev Kler Şortu qəbul etdi
28.05.2020 21:33
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 8-də Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsü İdarə Heyətinin sədri Kler Şortu qəbul edib. 

"Report”un xəbərinə görə, ilk dəfə Azərbaycana 20 il əvvəl səfər etdiyini vurğulayan Kler Şort ötən dövr ərzində ölkədə əldə olunan inkişaf münasibətilə Prezident İlham Əliyevi təbrik edib. Kler Şort Azərbaycanın Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsünə qoşulan ilk ölkələrdən olduğunu və bu təşəbbüsdə liderlik nümayiş etdirdiyini vurğulayıb.

Xoş sözlərə görə təşəkkürünü bildirən Prezident İlham Əliyev ölkədə bütün sahələrdə böyük uğurlar əldə olunduğunu vurğulayaraq Azərbaycanın Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsündə iştirakının önəmini qeyd edib. 2006-cı ildən böyük həcmdə neft istehsalına başlanıldığını deyən Prezident İlham Əliyev yüksək neft qiymətlərinin ölkədə iqtisadi inkişafın şaxələndirilməsi üçün baza yaradılmasına, sosial sahədə layihələrin icra edilməsinə, infrastrukturun qurulmasına və abadlıq-quruculuq işlərinin həyata keçirilməsinə yaxşı imkanlar yaratdığını bildirib. Hazırkı dövrdə neftin qiymətinin aşağı olmasına toxunan dövlət başçısı bununla bağlı ölkəmizin gəlirlərinin azalmasına baxmayaraq, ümumi daxili məhsulda qeyri-neft sektorunun payının 70 faizə yaxın olduğunu və iqtisadiyyatın şaxələndirilməsi istiqamətində böyük uğurların əldə edildiyini deyib.

Görüşdə Azərbaycanın Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsündə iştirakının perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanla sülh Ermənistan üçün Aİ ilə yaxınlaşma imkanı açır - Merts
Siyasət 23:36
Azərbaycanla sülh Ermənistan üçün Aİ ilə yaxınlaşma imkanı açır - Merts
Prezident sosial şəbəkə hesablarında Slovakiya səfərindən paylaşım edib
Siyasət 22:08
Prezident sosial şəbəkə hesablarında Slovakiya səfərindən paylaşım edib
Prezident İlham Əliyevin Slovakiyaya rəsmi səfəri başa çatıb
Siyasət 21:48
Prezident İlham Əliyevin Slovakiyaya rəsmi səfəri başa çatıb
Əliyev Robert Fitso ilə təkbətək görüşüb - Yenilənib
Siyasət 18:10
Əliyev Robert Fitso ilə təkbətək görüşüb - Yenilənib
Əliyev Qarabağdakı minatəmizləmə prosesindən danışıb
Siyasət 16:15
Əliyev Qarabağdakı minatəmizləmə prosesindən danışıb
Bratislavada Azərbaycan ilə Slovakiya arasında bir sıra sənədlər imzalanıb
Siyasət 15:22
Bratislavada Azərbaycan ilə Slovakiya arasında bir sıra sənədlər imzalanıb
Azərbaycan Aİ–Ermənistan sənədinə etiraz edib
Siyasət 14:55
Azərbaycan Aİ–Ermənistan sənədinə etiraz edib
Baş nazir investisiya yönümlü proqramlardan danışıb
Siyasət 12:06
Baş nazir investisiya yönümlü proqramlardan danışıb
Azərbaycanın iqtisadi artımı 2025-ci ilin 11 ayında 1,6% olub - Baş nazir
Siyasət 11:47
Azərbaycanın iqtisadi artımı 2025-ci ilin 11 ayında 1,6% olub - Baş nazir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol