İlham Əliyev körpü açılışında

14:48 | 28.08.2014
İlham Əliyev körpü açılışında

İlham Əliyev körpü açılışında

Bu gün prezident İlham Əliyev Hacıqabul-Bəhrəmtəpə yolunun Şirvan şəhərindən keçən hissəsində - Kür çayı üzərində inşa olunan avtomobil körpüsünün açılışında iştirak edib. Dövlət başçısı körpünün rəmzi açılışını bildirən lenti kəsib. Nəqliyyat naziri Ziya Məmmədov İlham Əliyevə məlumat verib ki, körpünün uzunluğu 317 metr, eni isə 15 metrə yaxındır. Artıq xeyli vaxt idi ki, istismar müddəti başa çatmış dəmir konstruksiyalı körpü nəqliyyat vasitələrinin hərəkətində ciddi problemlər yaradırdı. Dəfələrlə cari təmir işlərinin aparılmasına baxmayaraq, körpünün yenisi ilə əvəz olunması zərurətə çevrilmişdi. Beləliklə, 2011-ci ildən başlayan tikinti işləri yekunlaşıb və yeni, müasir standartlara uyğun körpü artıq istismara hazırdır.Diqqətə çatdırılıb ki, körpünün tikintisi zamanı nəqliyyat vasitələrinin fasiləsiz və təhlükəsiz hərəkətini təmin etmək məqsədilə mövcud dəmir konstruksiyalı köhnə körpüdə tikinti-quraşdırma işləri həyata keçirilib.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb