Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “The Business Year” nəşrinə müsahibə verib. ANN.Az“AzərTAc” a istinadən müsahibəni təqdim edir
-Zati-aliləri, Siz ötən ilin oktyabr ayında keçirilmiş prezidentseçkilərində inamlı qələbə qazandınız. Qələbənizi şərtləndirən başlıcaamillər barədə nə deyə bilərsiniz və növbəti prezidentlik dövrününprioritetləri nədən ibarət olacaq? - 2013-cü il prezidentseçkiləri Azərbaycanın ictimai-siyasi həyatında mühüm hadisə olmuş vəson 10 ildə həyata keçirilən siyasi kursa cəmiyyətimizin münasibətininümayiş etdirib. Keçən illər ərzində biz ümummilli lider Heydər Əliyevinsiyasətini davam etdirməklə dövlətimizin və cəmiyyətimizin qarşısındaduran mühüm məsələlərin həllinə nail olduq. Azərbaycan iqtisadi inkişafgöstəricilərinə görə dünyanın lider ölkələrindən birinə çevrildi və dahada gücləndi. Düşünülmüş proqramlar əsasında həyata keçirilənməqsədyönlü tədbirlər nəticəsində ümumi daxili məhsul 3,4 dəfə,iqtisadiyyatın qeyri-neft sektoru 2,6 dəfə, büdcə gəlirləri 16 dəfəartdı, strateji valyuta ehtiyatlarının həcmi isə 50 milyard dollarıkeçdi. Ölkə iqtisadiyyatına qoyulan investisiyaların həcmi isə 170milyard dolları ötüb. Sürətli inkişaf həm də vətəndaşlarınsosial rifahının yüksəlməsinə səbəb olub. Son 10 ildə əhalinin gəlirləri6,5 dəfə, orta aylıq əməkhaqqı 5,5 dəfə artıb. Hesab edirəm ki,yoxsulluğun səviyyəsinin 49 faizdən 5,3 faizə düşməsi, habelə işsizliyiniki dəfə azalaraq cəmi 5 faiz təşkil etməsi bizim ölkənin mühüm uğuruhesab oluna bilər. 10 ildə respublikada genişmiqyaslı quruculuq işlərihəyata keçirilib, şəhər, qəsəbə və kəndlərimiz müasirləşib, bütünsahələrdə ən müasir standartlar və qabaqcıl texnologiyalar tətbiqolunub. Azərbaycanın uğurları aparıcı beynəlxalq təşkilatlar, nüfuzlureytinq agentlikləri tərəfindən də yüksək qiymətləndirilir. Dünyaİqtisadi Forumunun “Qlobal Rəqabət Qabiliyyəti İndeksi 2013-2014”hesabatına əsasən, dünya ölkələrinin rəqabət qabiliyyətliliyireytinqində Azərbaycan 39-cu yeri tutub. Bu illər ərzində dünyadamövqelərimiz möhkəmlənib, Azərbaycan beynəlxalq münasibətlər sistemindəöz layiqli yeri olan, rəyinə hörmətlə yanaşılan ölkə kimi böyük nüfuzqazanıb. Bizdə keçirilən çoxsaylı beynəlxalq tədbirlər əyani şəkildətəsdiq edir ki, ölkəmiz artıq regionun siyasi, iqtisadi və mədənimərkəzi kimi qəbul edilir. Hazırda dünyada sosial gərginliyin,işsizliyin və yoxsulluğun artması fonunda Azərbaycanda tam əksproseslərin müşahidə olunması - sürətli inkişaf, tərəqqi, əhalininrifahının yüksəlməsi, ictimai-siyasi sabitlik, milli həmrəyliyinmöhkəmlənməsi və s. düşünürəm ki, 2013-cü il prezident seçkilərinintaleyini həll edən başlıca amillər olub. Seçkiləri müşahidə edən AŞPA,Avropa Parlamenti, ATƏT PA, İslam Əməkdaşlıq Təşkilatı, MDB və digərmötəbər təşkilatlar seçki prosesini birmənalı olaraq yüksəkqiymətləndirib, onun azad, ədalətli və şəffaf keçdiyini bəyan ediblər.Bu da onu göstərir ki, seçki və onun nəticəsi ilə bağlı Azərbaycanxalqının və beynəlxalq birliyin rəyləri üst-üstə düşüb. Azərbaycan xalqıöz seçimi ilə həm bu günədək həyata keçirilən siyasətə, həm də gələcəkfəaliyyətimizə öz dəstəyini ifadə edib. Gələcək planlarımızböyükdür, qarşıda həlli vacib olan mühüm məsələlər var. Azərbaycanınmövcud potensialının daha da gücləndirilməsi, rəqabətə davamlıiqtisadiyyatın formalaşdırılması, müasir cəmiyyət quruculuğu, əhalininsosial rifahının yüksəldilməsi, xarici siyasət prioritetlərinə uyğunolaraq beynəlxalq aləmdə mövqelərimizin möhkəmlənməsi, ölkə daxilindəkorrupsiyaya, rüşvətxorluğa və digər mənfi hallara qarşı sistemlimübarizənin gücləndirilməsi, vətəndaş cəmiyyətinin inkişafı və digərsahələr üzrə tədbirlər bundan sonra da ardıcıl şəkildə davametdiriləcək.
- 2013-cü il Azərbaycanda“İnformasiya-kommunikasiya texnologiyaları ili” elan edilib və ölkənizİKT sektorunun inkişafında böyük nailiyyətlərə imza atıb. İrəliyəbaxarkən Azərbaycanın inkişafında müasir texnologiyalar hansı roloynayacaq? - Azərbaycanda həyata keçirilən iqtisadisiyasətin üstün cəhəti ondan ibarətdir ki, bütün tədbirlər ölkənin realpotensialı, dünya iqtisadiyyatının inkişaf meylləri nəzərə alınmaqla vəkonkret proqramlar əsasında reallaşdırılır. Təcrübə göstərir ki,rəqabətə davamlı iqtisadiyyatın formalaşdırılması üçün müasirtexnologiyaların tətbiqi başlıca şərtlərdən biridir. Buna görə dəölkəmizdə təkcə iqtisadi deyil, bütün digər sahələrdə dəinnovasiyalardan geniş istifadə olunur. İnformasiya-kommunikasiyatexnologiyaları sürətlə inkişaf edən və böyük perspektivi olan sahədir.2003-cü ildə İKT üzrə Milli Strategiyanın, sonrakı illərdə isə“Elektron Azərbaycan Dövlət Proqramı”nın qəbul edilməsi və icrası busahənin inkişafına güclü təkan verib. Müstəqillik illərində AzərbaycandaİKT-nin inkişafına bütövlükdə 3 milyard dollardan artıq sərmayəyatırılıb. Bunun nəticəsidir ki, son 10 ildə informasiya və rabitəsahəsinin inkişafı 8,2 dəfə artıb. 2013-cü ildə Azərbaycanın ilktelekommunikasiya peykinin orbitə çıxarılması, kosmik sənayenin əsasınınqoyulması ölkəmiz üçün tarixi əhəmiyyət kəsb edən hadisə olub. Növbətiillərdə daha iki peykin orbitə çıxarılması üçün müvafiq tədbirlərgörülür.Bununla yanaşı, Azərbaycanda son illərdə internet sürətləinkişaf edir. Ümumdünya Telekommunikasiya Təşkilatının hesabatına əsasənbu gün ölkə əhalisinin 70 faizi internet istifadəçisidir. Artıqrespublikanın hər bir şəhərinə genişzolaqlı internetin çəkilişibaşlanıb. Bir faktı da qeyd etməliyəm ki, biz təkcə dünyadakımövcud innovasiyaları tətbiq etməklə kifayətlənmirik, həm də bir sırayeniliklərin təşəbbüskarı kimi çıxış edirik. Bu mənada Azərbaycanın“brendi” hesab oluna biləcək Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalarüzrə Dövlət Agentliyini və onun tabeliyində yaradılan “ASAN xidmət”mərkəzlərini xüsusi qeyd etmək istəyirəm. “ASAN xidmət”in fəaliyyətsferasına dövlət orqanları əməkdaşlarının fəaliyyətininəlaqələndirilməsi, nəzarət və qiymətləndirmənin aparılması, dövlətqurumlarının informasiya bazalarının qarşılıqlı inteqrasiyası, elektronxidmətlərin təşkili prosesinin sürətləndirilməsi və bu sahədə idarəetməsisteminin təkmilləşdirilməsi daxildir. Bu xidmət dövlət-vətəndaşmünasibətlərinə yeni yanaşmanın mütərəqqi modelidir və hazırda 25 növhüquqi xidmət həyata keçirir. Təsadüfi deyil ki, cəmi bir il ərzindəxidmətə bir milyondan çox müraciət olub. Ona görə də biz qarşıdakıdövrdə “ASAN xidmət”in funksiyalarını daha da genişləndirməyi nəzərdətuturuq. Azərbaycanın gələcək inkişafında yüksəktexnologiyaların roluna gəldikdə, qeyd etmək istərdim ki, hazırdaiqtisadiyyatın dinamik inkişafının təmin edilməsi və rəqabətqabiliyyətinin artırılması üçün müasir elmi və texnoloji nailiyyətlərəəsaslanan İKT sahələrinin genişləndirilməsi, tətbiqi elmi tədqiqatlarınaparılması, bu sektora yerli və xarici investisiyaların cəlb edilməsi,müvafiq kadr bazasının yaradılması və digər istiqamətlər üzrə tədbirlərhəyata keçirilir. Qarşıda duran vəzifələri səmərəli şəkildə həll etməkməqsədilə Yüksək Texnologiyalar Parkı və İnformasiya Texnologiyalarınınİnkişafı Fondu təsis edilmişdir. İnnovasiyalara, yüksək texnologiyalaraəsaslanan güclü iqtisadiyyatın formalaşdırılması bizim əsashədəflərimizdən biridir və bu məqsədə doğru ardıcıl şəkildəirəliləyirik.
- 2014-cü il Azərbaycanda “Sənaye ili” elanedilib. Qarşıdan gələn dövrdə bu istiqamətdə hansı tədbirlərin həyatakeçirilməsi nəzərdə tutulur? - Əvvəllər əsasən aqrarrespublika hesab olunan Azərbaycanda ötən əsrin 70-80-ci illərindəsənayenin inkişaf etdirilməsi məqsədilə mühüm addımlar atılıb,ümumittifaq səviyyəli yüzlərlə yeni sənaye müəssisəsi işə salınıb vəmüttəfiq respublikalar üçün müxtəlif çeşidli məhsullar istehsal edilib.Lakin SSRİ-nin süqutu ilə keçmiş respublikalar arasındakı iqtisadiəlaqələr pozulub və ümumilikdə planlı iqtisadiyyat tənəzzülə uğrayıb.Eyni zamanda, Ermənistanın Azərbaycana qarşı təcavüzü, ölkədə hökm sürənhərc-mərclik şəraiti, mövcud müəssisələrin fiziki və mənəvi cəhətdənköhnəlməsi və s. nəticəsində iqtisadiyyat getdikcə aşağı düşüb, istehsalprosesi pozulub. Odur ki, yalnız ümummilli lider Heydər Əliyevinsəyləri nəticəsində 2000-ci ilin əvvəllərində istehsalın həcmini 1990-cıilin səviyyəsinə çatdırmaq mümkün olub. Son 10 ildəAzərbaycanda neft-qaz istehsalından əldə olunmuş gəlirlərin bir qismiməqsədyönlü şəkildə və xüsusi proqramlar çərçivəsində qeyri-neftsektorunun inkişafına, yüksək texnologiyalı yerli sənaye müəssisələrininyaradılmasına və milli iqtisadiyyatın şaxələndirilməsinə yönəldilib.Məhz bunun nəticəsidir ki, bəhs etdiyimiz dövrdə qeyri-neft sektorundaorta hesabla 10 faiz illik artım müşahidə olunub. Bundan başqa, millisahibkarlığın hərtərəfli dəstəklənməsi, nəhəng investisiyaproqramlarının icrası, sosial-iqtisadi infrastrukturların bərpası vəyenidən qurulması, qabaqcıl texnologiyalara əsaslanan, rəqabətqabiliyyətli yeni istehsal müəssisələrinin tikintisi Azərbaycanda sənayeistehsalının həcmini 2,7 dəfə artırıb. Hazırda qarşımızda duranəsas vəzifələrdən biri mövcud potensiala əsaslanaraq Azərbaycanı güclüsənaye dövlətinə çevirməkdir. Artıq sənayenin şaxələndirilməsi vəmodernləşdirilməsi istiqamətində müəyyən işlər görülüb. Biz mövcud təbiivə iqtisadi resursları istehsalat dövriyyəsinə cəlb edirik, yeniistehsal sahələri və sənaye parkları yaradırıq, innovasiyalarıntətbiqini sürətləndiririk. Buna görə də 2014-cü il “Sənaye ili” elanolunub, cari ildə həyata keçiriləcək tədbirlərin ümumi planı hazırlanıbvə təsdiq edilib. Eyni zamanda, “Sənayenin inkişafına dair 2015-2020-ciillər üçün Dövlət Proqramı”nın hazırlanması və təsdiq olunması nəzərdətutulur.Hesab edirik ki, toplanmış təcrübə və ölkəmizin ümumiiqtisadi potensialı qarşıda duran vəzifələrin uğurla həll edilməsinəimkan verəcək.
- Keçən ay regionların 2014-2018-ci illərdəsosial-iqtisadi inkişafına dair üçüncü Dövlət Proqramı təsdiq olundu.Əvvəlki iki proqramın icrası nəticəsində nəyə nail olunub və üçüncüproqramın icrasından nə gözlənilir? - 2004-cü ildə birinciDövlət Proqramını qəbul edərkən əsas məqsədimiz regionların hərtərəfliinkişafını təmin etmək, bölgələrlə paytaxtın inkişaf səviyyəsiarasındakı kəskin fərqi aradan qaldırmaq olub. Mən hələ 2003-cü ildəprezident seçkiləri ərəfəsində bəyan etmişdim ki, əgər etimadgöstərilərsə, ilk növbədə Azərbaycanın regionlarının inkişafı ilə məşğulolacağam, bu məqsədlə xüsusi proqram qəbul ediləcək. Belə də oldu.2003-2008və 2009-2013-cü illəri əhatə edən iki Dövlət Proqramının qəbuledilməsi, həmin proqramlara əlavə olaraq 250-yə yaxın sərəncamınimzalanması və icrası bölgələrdə böyük dönüş yaratmış, regionlarınsosial-iqtisadi mənzərəsini tamamilə dəyişib. Nəticədə bölgələrdəkommunal xidmətlərin və sosial infrastrukturların keyfiyyəti yüksəlib,sahibkarlıq mühiti yaxşılaşıb, investisiya qoyuluşu artıb, minlərlə yenimüəssisə fəaliyyətə başlayıb, 900 mini daimi olmaqla 1,2 milyondan çoxiş yeri yaradılıb. Son 10 il ərzində regionlarda ümumi məhsul buraxılışı3,2, sənaye istehsalı 3,1 dəfə artıb. Azərbaycanın bölgələri, bütünyaşayış məntəqələri abadlaşmış və müasirləşib. Deyə bilərəm ki,regionların inkişafında, ümumiyyətlə, Azərbaycanın iqtisadipotensialının gücləndirilməsində bu proqramların çox böyük rolu olub. Bizimqarşımızda duran strateji vəzifə Azərbaycanın müstəqilliyini daha damöhkəmləndirmək və bütün sahələr üzrə onu dünyanın inkişaf etmiş,rəqabətədavamlı ölkələri sırasına çıxarmaqdır. Buna görə, müasir dövrünçağırışları da nəzərə alınmaqla, regionlarımızın dinamik inkişafıistiqamətində həyata keçirilən tədbirlər davam etdiriləcək. Hesab edirəmki, yeni təsdiq olunmuş “Azərbaycan Respublikası regionlarının2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasıqeyri-neft sektorunun davamlı inkişafını, infrastrukturların və sosialxidmətlərin daha da yaxşılaşmasını, dünyada mövcud olan ən yüksəkstandartlar səviyyəsinə çatdırılmasını təmin edəcək.
- Sonillər Azərbaycan xarici siyasət sahəsində də mühüm uğurlar əldə edib.Ölkənizin BMT Təhlükəsizlik Şurasında fəaliyyəti, xarici siyasətin yeniprioritetlərinin müəyyənləşdirilməsi və həyata keçirilməsi və s.məsələləri bu sıraya daxil etmək olar. Qarşıdan gələn dövrdəAzərbaycanın xarici siyasətinin əsas istiqamətləri hansılar olacaq? -Azərbaycanın hərtərəfli inkişafı, iqtisadi potensialının güclənməsi,həyata keçirilən fəal xarici siyasət ölkəmizin nüfuzunun yüksəlməsini,beynəlxalq aləmə daha sıx inteqrasiyasını, ikitərəfli və çoxtərəfliəlaqələrin möhkəmlənməsini təmin edib. Bu gün Azərbaycan müstəqilsiyasət yürüdən, qlobal siyasi proseslərə və beynəlxalq münasibətlərsisteminə öz baxışı olan, mövqeyi nəzərə alınan bir dövlət hesab olunur.2011-ci ildə sərt rəqabət şəraitində BMT Təhlükəsizlik Şurasınaqeyri-daimi üzv seçilməyimiz xalqımızın tarixi nailiyyəti, xaricisiyasətimizin böyük uğuru olmaqla yanaşı, həm də ölkəmizin beynəlxalqaləmdə yüksək nüfuz qazandığını göstərib. Göründüyü kimi, beynəlxalqaləm dövlətimizin mövqeyini dəstəkləyir, addımlarımızı təqdir edir.Çünki Azərbaycan bütün beynəlxalq təşkilatlarda özünü ləyaqətlə aparır,prinsipial mövqeyini və öz milli maraqlarını hər şeydən üstün tutur. BMTTəhlükəsizlik Şurasında iki illik fəaliyyəti dövründə, xüsusilə qurumasədrliyi müddətində Azərbaycan qlobal təhlükəsizliyə, dünyada sülhünbərqərar olmasına, sivilizasiyalar və mədəniyyətlərarası dialoquninkişafına öz layiqli töhfəsini verərək, xüsusi fəallığı ilə seçilib.Azərbaycanhəm də qlobal transmilli və çoxsaylı regional layihələrin əsastəşəbbüskarı kimi çıxış edib. Ölkəmizin həyata keçirdiyi enerji siyasətitəkcə bizim üçün deyil, həm də regionumuz və dünya üçün mühüm əhəmiyyətkəsb edir. Məlum olduğu kimi, 2013-cü il dekabrın 17-də Bakıda Xəzərdənizinin Azərbaycan sektorundakı zəngin qaz ehtiyatlarının hasilatı vədünya bazarlarına çıxarılması üzrə “Şahdəniz-2” beynəlxalq yekuninvestisiya layihəsi imzalanıb. Hesab edirəm ki, “Şahdəniz-2” dünyanınenerji xəritəsində yeni vəziyyətin yaranmasına səbəb olacaq və tarixə“XXI əsrin kontraktı” kimi düşəcək. Hazırda Azərbaycan CənubiQafqaz regionunun siyasi, iqtisadi və humanitar mərkəzinə çevrilib. Bakışəhərinin mühüm beynəlxalq tədbirlərə ev sahibliyi etməsi artıq ənənəhalını almışdır. 2013-cü ildə İslam Əməkdaşlıq Təşkilatı çərçivəsindəFələstinə yardım məqsədilə beynəlxalq konfransın, III BeynəlxalqHumanitar Forumun, İkinci Mədəniyyətlərarası Dialoq Forumunun, DavosDünya İqtisadi Forumunun və digər yüksək səviyyəli qlobal tədbirlərinkeçirilməsi buna sübut ola bilər. Bizim aparıcı beynəlxalq təşkilatlarlavə başqa ölkələrlə çoxtərəfli və ikitərəfli münasibətlərimiz də inkişafedib. Azərbaycan ATƏT, Avropa Şurası, İslam Əməkdaşlıq Təşkilatı vədigər nüfuzlu beynəlxalq qurumların çərçivəsində səmərəli fəaliyyətinidavam etdirib. Keçən il Avropa İttifaqı ilə vizaların sadələşdirilməsiistiqamətində önəmli saziş imzalanıb. Bu, bizim Avropa İttifaqı ilə olanmünasibətlərimizin göstəricisidir. Əminəm ki, əməkdaşlığın daha dainkişaf etdirilməsi üçün Avropa İttifaqı ilə Azərbaycan arasındaqarşılıqlı strateji tərəfdaşlığın ən səmərəli formatını yaratmağa nailolacağıq. Biz region ölkələri, dünyanın aparıcı dövlətləri iləqarşılıqlı etimada əsaslanan münasibətlərimizi inkişaf etdirməkləyanaşı, xarici siyasətimizin yeni vektorlarına uyğun olaraq, həm dəqeyri-ənənəvi istiqamətlər üzrə fəal diplomatiya nümayiş etdirdik. Bumənada Avropa və Asiya ölkələri ilə ənənəvi tərəfdaşlıqmünasibətlərimizi davam etdirməklə yanaşı, həm də üzv olduğumuzQoşulmama Hərəkatı ölkələri, Latın Amerikası və Afrika dövlətləri iləsiyasi, iqtisadi və humanitar əməkdaşlığın gücləndirilməsini xaricisiyasətimizin prioritetləri sırasına daxil etmişik. Təsadüfi deyil ki,son dövrlərdə Latın Amerikasının bir sıra ölkələriErmənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllindəAzərbaycanın haqlı mövqeyinə dəstək vermişlər. Artıq dünyanın 10 ölkəsi1992-ci ildə erməni silahlı birləşmələri tərəfindən Xocalıda törədilmişqətliamı soyqırımı aktı kimi tanıyıb, həmin dövlətlərin parlamentlərimüvafiq qərarlar qəbul ediblər. Qarşıdan gələn illərdə ölkəmizinsiyasi və iqtisadi potensialının daha da gücləndirilməsi, beynəlxalqnüfuzunun artırılması, beynəlxalq təşkilatlarla, ayrı-ayrı ölkələrlətərəfdaşlıq əlaqələrinin genişləndirilməsi istiqamətində səylər davametdiriləcək. Xarici siyasətimizin təməlində Azərbaycanın millimaraqlarının qorunması dayanır ki, bu istiqamətdə bütün lazımi addımlaratılacaq. Təəssüflə qeyd etməliyəm ki, xarici siyasətimizin əsasməsələsi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlliişində bu günə kimi ciddi bir irəliləyiş olmayıb. Ermənistan tərəfidanışıqlar prosesini müxtəlif bəhanələrlə uzatmaqda davam edir və mövcudstatus-kvonun saxlanmasına çalışır. Düzdür, ötən ilin sonundadanışıqlar prosesində nisbi canlanma müşahidə edilib. Buna görə də,güman etmək olar ki, 2014-cü ildə bu proses davam etdiriləcək.Ermənistan rəhbərliyi anlamalıdır ki, Azərbaycan heç vaxt öz tarixitorpağında ikinci erməni dövlətinin yaradılmasına imkan verməyəcək.Münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməlidir vəediləcək. Münaqişə davam etdikcə Ermənistan dövləti bölgənin bütüntransmilli və regional inkişaf layihələrindən kənarda qalacaq, ermənixalqının vəziyyəti pisləşməkdə davam edəcək və ölkənin olub-qalansosial-iqtisadi potensialı tükənəcək.
- Səbirsizliklə gözlənilən l Avropa Oyunlarına hazırlıq işləri necə gedir? -Bu il l Avropa Oyunlarına hazırlığın həlledici mərhələsinə qədəmqoyduq. Məlumdur ki, bu səviyyəli tədbirlərə hazırlıq adətən 7-8 ildavam edir. Biz isə cəmi iki il yarım ərzində Avropa Yay Oyunları kimimöhtəşəm tədbir keçirmək niyyətindəyik. Əminəm ki, qarşıda duran bütünməsələlərin həllinə vaxtında nail olunacaq. Artıq Təşkilat Komitəsiformalaşıb və olduqca məhsuldar fəaliyyət göstərir. Tədbirin keçirilməsinəzərdə tutulan idman obyektlərinin böyük əksəriyyətinin tikintisi buil başa çatmalıdır. Olimpiya stadionunun, su idman sarayının, stendatıcılığı mərkəzinin tikintisi davam etdirilir. Artıq gimnastika mərkəzifəaliyyət göstərir. Heydər Əliyev İdman-Konsert Kompleksi, Bakı İdmanSarayı əsaslı təmir olunur, digər idman obyektləri yaradılır. Ancaq buOyunlara hazırlıq təkcə müvafiq idman obyektlərinin tikintisi iləməhdudlaşmır. Eyni zamanda, təhlükəsizlik, nəqliyyat, Olimpiyaşəhərciyinin yaranması, qonaqların, idmançıların qarşılanması,yerləşməsi, məşqlərin keçirilməsi və digər məsələlər çox ciddi diqqəttələb edir. Nəzərə alsaq ki, Azərbaycanın artıq güclü potensialı,oturuşmuş idman infrastrukturu mövcuddur və bizim böyük beynəlxalqtədbirləri təşkil etməkdə yaxşı təcrübəmiz vardır, əminəm ki, buOyunları ən yüksək səviyyədə keçirə biləcəyik. Hesab edirəm ki,Azərbaycanda tətbiq olunan standartlar bundan sonrakı Avropa Oyunlarınıntəməl prinsiplərinə çevriləcək.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !