• $
  • €
  • ₽
  • ₺
  • £

Baş prokuror Kamran Əliyev Braziliyaya gedib

Baş prokuror Kamran Əliyev Braziliyaya gedib
22.10.2025 11:32

Braziliyanın Belem şəhərində təşkil olunacaq BMT-nin İqlim Dəyişikliyi üzrə 30-cu Tərəflər Konfransı - COP30 çərçivəsində "Prokurorluq orqanlarının iqlim idarəçiliyində rolu" mövzusunda plenar iclas keçiriləcək.

Azərbaycanın Baş prokuroru Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti həmin tədbirdə iştirak məqsədilə Braziliyaya səfər edib.

Baş prokuror plenar iclasda çıxış edəcək, iqlim idarəçiliyində hüquq-mühafizə orqanlarının rolu və bu sahədə beynəlxalq əməkdaşlığın gücləndirilməsi mövzusunda fikirlərini bölüşəcək.

Ötən ilin noyabrında Bakıda keçirilmiş COP29 çərçivəsində ilk dəfə Azərbaycan Baş Prokurorluğunun təşəbbüsü ilə Azərbaycan Baş Prokurorluğu, BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsi (BMTNCİ) tərəfindən və Birləşmiş Ərəb Əmirliklərinin Daxili İşlər Nazirliyinin həmsədrliyi ilə Mavi zonada "İqlim dəyişikliyi ilə mübarizədə hüquq-mühafizə orqanlarının səfərbər olunması" adlı yüksək səviyyəli sessiya təşkil olunmuşdu.

COP30 çərçivəsində keçirilən hazırkı sessiya, Bakıda keçirilmiş həmin tədbirin məntiqi davamı xarakteri daşıyır.

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezidentdən xarici ölkələrə ixracla bağlı - fərman
Siyasət 14:20
Prezidentdən xarici ölkələrə ixracla bağlı - fərman
Litva Azərbaycan üzərindən Orta Dəhlizin inkişafını sürətləndirməyə çağırır
Siyasət 13:37
Litva Azərbaycan üzərindən Orta Dəhlizin inkişafını sürətləndirməyə çağırır
Ceyhun Bayramov: Azərbaycan Aİ ilə viza rejiminin liberallaşdırılmasında maraqlıdır
Siyasət 13:33
Ceyhun Bayramov: Azərbaycan Aİ ilə viza rejiminin liberallaşdırılmasında maraqlıdır
Litva Azərbaycanla strateji tərəfdaşlığı və iqtisadi əlaqələri genişləndirmək niyyətindədir
Siyasət 13:28
Litva Azərbaycanla strateji tərəfdaşlığı və iqtisadi əlaqələri genişləndirmək niyyətindədir
Ceyhun Bayramov: Yaxın Şərqdəki gərginlik və İran ətrafındakı vəziyyət narahatlıq doğurur
Siyasət 13:22
Ceyhun Bayramov: Yaxın Şərqdəki gərginlik və İran ətrafındakı vəziyyət narahatlıq doğurur
Litvada 800-ə yaxın azərbaycanlı tələbə təhsil alır
Siyasət 13:18
Litvada 800-ə yaxın azərbaycanlı tələbə təhsil alır
Litva şirkəti işğaldan azad edilmiş ərazidə 650 yeni iş yeri yaradacaq
Siyasət 13:15
Litva şirkəti işğaldan azad edilmiş ərazidə 650 yeni iş yeri yaradacaq
Azərbaycan və Litva arasında 45 sənəd imzalanıb, daha 7-si üzərində iş aparılır
Siyasət 13:12
Azərbaycan və Litva arasında 45 sənəd imzalanıb, daha 7-si üzərində iş aparılır
Əliyev Litvanın xarici işlər nazirini qəbul edib
Siyasət 12:33
Əliyev Litvanın xarici işlər nazirini qəbul edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol