İlham Əliyev nazirləri topladı

13:55 | 13.07.2015
İlham Əliyev nazirləri topladı

İlham Əliyev nazirləri topladı

Hökumətin yarım ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələr müzakirə edilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə bu gün Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib.

ANS PRESS-in məlumatına görə, dövlət başçısı İlham Əliyev iclası giriş nitqi ilə açıb.

Sonra maliyyə naziri Samir Şərifov, rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov, əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov ilin altı ayının yekunlarına dair məruzə ediblər.

Prezident İlham Əliyev iclasda yekun nitqi söyləyib.

Xatırladaq ki, Prezident İlham Əliyevin sədrliyi ilə bu il aprelin 10-da Nazirlər Kabinetinin 2015-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

Bu gün Azərbaycanda "Anım Günü"dür