İlham Əliyev Pakistanın ticarət nazirini qəbul edib - YENİLƏNİB

13:53 | 05.12.2016
İlham Əliyev Pakistanın ticarət nazirini qəbul edib - YENİLƏNİB

İlham Əliyev Pakistanın ticarət nazirini qəbul edib - YENİLƏNİB

Azərbaycan prezidenti İlham Əliyev dekabrın 5-də Pakistan İslam Respublikasının ticarət naziri Xürrəm Dastgir Xanı qəbul edib.
 
Pakistan prezidentinin və baş nazirinin Azərbaycana səfərlərini məmnunluqla xatırlayan dövlət başçısı hər iki səfərin uğurlu və məhsuldar olduğunu vurğulayaraq, bu səfərlərin ölkələrimiz arasında mövcud qardaşlıq əlaqələrinin gücləndirilməsi baxımından önəmini qeyd edib. Prezident qarşılıqlı ticarətin səviyyəsinin inkişaf etdirilməsi, sərmayə qoyuluşu və biznes imkanlarının müəyyənləşdirilməsi üçün ölkələrimizin müvafiq nazirliklərinin praktik səviyyədə görüşlər keçirməsi üçün də yaxşı fürsət yarandığını deyib.
 
Öz növbəsində, qonaq baş nazir Məhəmməd Nəvaz Şərifin ölkəmizə səfərindən dərhal sonra onun tapşırığı ilə Azərbaycana səfər etdiyini və ikitərəfli əlaqələrimizin inkişafı ilə bağlı üzərində işləməli əhəmiyyətli məsələlərin olduğunu bildirib.
 
Görüşdə ölkələrimiz arasında enerji, ticarət əlaqələrinin genişləndirilməsi, kənd təsərrüfatı, əczaçılıq və toxuculuq sənayesi sahələrində əməkdaşlığın önəmi qeyd olunub.
 
*** 
 
Azərbaycan Respublikasının prezidenti İlham Əliyev dekabrın 5-də Pakistan İslam Respublikasının ticarət naziri Xürrəm Dastgir Xanı qəbul edib.
 
ANN.Az xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM