İlham Əliyev Sumqayıtla bağlı sərəncam imzaladı

19:03 | 13.10.2015
İlham Əliyev Sumqayıtla bağlı sərəncam imzaladı

İlham Əliyev Sumqayıtla bağlı sərəncam imzaladı

3,7 milyon manat ayrıldı.

Azərbaycan prezidenti Sumqayıt şəhərində çoxmənzilli binaların lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Bu barədə Oxu.Az dövlət başçısının rəsmi saytına istinadən xəbər verir.

Sərəncama əsasən, Sumqayıt şəhərində lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi, dövlət mənzil fonduna aid olan çoxmənzilli binalarda istismara yararsız daha 76 liftin yeniləri ilə əvəz edilməsi məqsədi ilə Sumqayıt Şəhər İcra Hakimiyyətinə 2015-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 3,7 milyon  manat ayrılıb.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM