İlham Əliyev “Xocalı” abidəsini ziyarət etdi

09:58 | 26.02.2015
İlham Əliyev “Xocalı” abidəsini ziyarət etdi

İlham Əliyev “Xocalı” abidəsini ziyarət etdi

Bakıda rəsmi səfərdə olan Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu da ziyarətə qatılıb

Azərbaycan prezidenti İlham Əliyev Bakıda Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış "Xocalı” abidəsini ziyarət edib.

APA-nın məlumatına görə, prezident abidənin önünə əklil qoyub, faciə qurbanlarının xatirəsinə ehtiramını bildirib.

Bakıda rəsmi səfərdə olan Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu da Azərbaycan prezidenti ilə birgə abidəni ziyarət edib, soyqırımı qurbanlarının xatirəsinə ehtiramını bildirib.

Mərasimdə dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları, nazirlər, komitə və şirkət rəhbərləri, dini konfessiyaların başçıları, habelə qırğından xilas ola bilmiş Xocalı sakinləri iştirak ediblər.

Anma mərasiminin iştirakçıları abidənin önünə qızılgüllər, qərənfillər düzüblər.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM