İlham Əliyev yol tikintisinə 1,8 milyon manat ayırdı

19:52 | 13.07.2016
İlham Əliyev yol tikintisinə 1,8 milyon manat ayırdı

İlham Əliyev yol tikintisinə 1,8 milyon manat ayırdı

Azərbaycan Prezidenti İlham Əliyev Qusar rayonunun Qusar-İmamqulukənd-Quxuroba avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb

ANN.Az xəbər verir ki, sərəncama əsasən, on iki min nəfər əhalinin yaşadığı 11 yaşayış məntəqəsini birləşdirən Qusar-İmamqulukənd-Quxuroba avtomobil yolunun başa çatdırılması məqsədi ilə Azərbaycan 2016-cı il dövlət büdcəsində "Avtomobil Yolları” Məqsədli Büdcə Fondunda nəzərdə tutulan vəsaitdən 1,8 milyon manat ayrılıb. 

Maliyyə Nazirliyi və "Azəravtoyol” Açıq Səhmdar Cəmiyyəti bu sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni və tikinti işlərini müəyyən olunmuş qaydada təmin etməlidirlər. 


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM