İlham Əliyevə Fəxri Doktor diplomu verildi

16:47 | 16.10.2014
İlham Əliyevə Fəxri Doktor diplomu verildi

İlham Əliyevə Fəxri Doktor diplomu verildi

Oktyabrın 16-da Düşənbədə Azərbaycan Prezidenti İlham Əliyevə Tacikistan Milli Universitetinin Fəxri Doktoru diplomunun təntənəli təqdim edilməsi mərasimi keçirilib. ANN.Az AzərTac-a istinadən xəbər verir ki, universitetin rektoru Mahmadyusuf İmomov bu ali təhsil ocağının Elmi Şurasının Azərbaycan Prezidentinə Fəxri Doktor adının verilməsi və Elmi Şuranın fəxri üzvü seçilməsi ilə bağlı qərarını oxuyub.Sonra Azərbaycan Prezidentinə Fəxri Doktor diplomu və mantiyası təqdim olunub.Dövlətimizin başçısı universitetin professor-müəllim heyəti və tələbələri qarşısında çıxış edib.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM