İlham Əliyevin Sofiyada rəsmi qarşılanma mərasimi oldu

12:26 | 04.03.2015
İlham Əliyevin Sofiyada rəsmi qarşılanma mərasimi oldu

İlham Əliyevin Sofiyada rəsmi qarşılanma mərasimi oldu

Bolqarıstanda rəsmi səfərdə olan Azərbaycan prezidenti İlham Əliyevin Sofiyanın Aleksandr Nevski meydanında rəsmi qarşılanma mərasimi olub.

APA-nın məlumatına görə, Azərbaycan və Bolqarıstanın dövlət bayraqlarının dalğalandığı meydanda prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Azərbaycan prezidentini Bolqarıstan prezidenti Rosen Plevneliyev qarşılayıb.

Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan prezidentinə raport verib. Hərbi orkestrin ifasında Azərbaycanın və Bolqarıstanın dövlət himnləri səslənib. Prezidentlər fəxri qarovul dəstəsinin qarşısından keçiblər.
 
Prezident İlham Əliyev Bolqarıstan əsgərlərini salamlayıb. Bolqarıstanın dövlət və hökumət nümayəndələri prezident İlham Əliyevə, Azərbaycan nümayəndə heyəti prezident Rosen Plevneliyevə təqdim olunub.

Fəxri qarovul dəstəsi prezidentlərin qarşısından keçib.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM